TikTok"dan "makler" tapdılar, başlarına iş gəldi
"İki həftə əvvəl "TikTok"dan tapdığımız "makler" nömrəsi ilə əlaqə saxlayaraq Qəbələdə ev kirayələdik. Lakin dələduzluqla üzləşdik".
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bu şikayətlə adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Vətəndaş iddia edir ki, özünü "makler" kimi tanıdan şəxs onları aldadıb: "Öncədən 300 manat pul ödədik. Guya bizim üçün endirim etmişdi.
Qalan 300 manatı isə evə köçəndən sonra ödəyəcəkdik. 7 günlük qalacağımız evə avqustun 25-i köçəcəkdik. Lakin gedəcəyimiz gün bizə yazaraq dedi ki, iş alınmır.
Ödənişi geri istəyəndə isə müxtəlif bəhanələr gətirdi. Əvvəlcə iki gün möhlət istədi, daha sonra isə ödəyə bilməyəcəyini dedi.
Bir neçə gün sonra nömrəsinə zəng çatmadı. Sadəcə vatsapda aktiv idi. Zəng edirdik cavab vermirdi. Yalnız mesaj yazırdı. Hazırda isə nə zəng çatır, nə mesajlara cavab verir. "TikTok"dakı səhifəsini də bağlayıb".
Şikayətçinin sözlərinə görə, həmin şəxs başqa insanlara qarşı da dələduzluq edib: "Qəbələdə olarkən başqa bir "makler"lə danışaraq ev kirayələdik.
Həmin "makler"dən bu şəxsi soruşanda onu tanımadığını bildirdi. Amma dedi ki, son bir neçə gün ərzində eyni hadisə ilə qarşılaşan və onlara müraciət edən şəxslər çox olub. Bəlkə də o olmayıb, lakin bu halla üzləşənlər çoxdur. Biz pulu çöldən tapmamışıq. Amma bir anın içində onu itirdik".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"