"Tiktok"erlər niyə saxlanılıb? - Vətəndaşların narazılığı…

Xəbər verdiyimiz kimi, "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və bir neçə "tiktok"er saxlanılıb. 
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, "tiktok"erlərin saxlanılmasına səbəb cəmiyyətin haqlı narazılığı  olub: 
"Hər kəsə məlumdur ki, "Tiktok" sosial şəbəkəsində milli-mənəvi dəyərlərimizə zidd, qeyri-etik, cəmiyyətə açıq hörmətsizlik edilən canlı yayımlar mövcuddur. Uzun müddətdir ki, bununla bağlı müvafiq qurumlar tərəfindən ciddi və ardıcıl tədbirlər görülür. Bu günə qədər xeyli "tiktok"çu saxlanılıb, bir neçəsi cərimlənib. Ancaq görünən odur ki, bəzi şəxslər bu cəzalardan, inzibati həbslərdən dərs almayıblar. 
O qeyd edib ki, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı ardıcıl tədbirlər görülür: 
"Bu gün saxlanılan "tiktok"erlər son zamanlar canlı yayımlarda müxtəlif adlarla "realiti şou"lar təşkil edən şəxslərdir. Onların həmin yayımlarında qeyri-etik ifadələr, milli-mənəvi dəyərlərimizə zidd söhbətlər cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Son günlər istər cəmiyyətdə, istər sosial şəbəkələrdə, istərsə də mediada həmin şəxslərin cəzalanması ilə bağlı çağırışlar edilirdi. Çox sevindirici haldır ki, dövlət qurumlarımız da bu məsələyə operativ və çevik reaksiya verdi, həmin şəxslərlə bağlı tədbirlər görüldü".
Hacıbəy Heydərli bildirib ki, "Tiktok" sosial şəbəkəsi bir çox ölkədə məhz bu cür yayımlara və paylaşımlara görə qadağan edilib:
"Bilirsiniz ki, "Tiktok" bəzi ölkələrdə blok edilib, bunun da səbəbi məhz əxlaqsızlığı təbliğ edən yayımlar və paylaşımlardır. Həmin ölkələrdə gənclərin və yeniyetmələrin tərbiyəsini pozduğu səbəbi ilə "Tiktok" bloklanıb. Anoloji addımın ölkəmizdə də atılması ilə bağlı bəzi hallarda çağırış edilir. Bu da səbəbsiz deyil, çünki "tiktok"un alqoritmi elə qurulub ki, burada yayılan hansısa əxlaqsız video, hansısa qeyri-etik paylaşım bir anda milyonlarla insanın qarşısına çıxa bilər. Düşünürəm ki, maarifləndirmə və ciddi tədbirlərlə "tiktok"da bu cür neqativ hallarını qarşısını ala bilərik". / azxeber.com

Sosial       Tarix: 24 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat futbol xeberleri cəbhədən görüntüleri xabarlar