TIR-larla yolu bağlayan şirkət rəhbəri və atasına birlikdə 14 il həbs istənildi
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəmə istintaqı tamamlanıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Rəmiş Cəfərovun 8, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Z.Cəfərovun məhkəmə zalında həbs edilməli olduğu qeyd edilib.
Xatırladaq ki, "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış və nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.
Yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur.
Bundan əlavə, o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat