Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yox

Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yox"
İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmalar fonunda erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı hüquqazidd, terror xarakterli hücumlar edir.
22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə  Belçikadakı erməni diasporunun təşviqi ilə radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktları və təxribat təşkil edildi.
Media.Az dövlətimizin maraqlarını dəstəkləmək üçün səfirliyin binasına gələn Belçikada yaşayan azərbaycanlı Toğrul Qafarlı ilə danışa bilib.
"Biz əvvəlcədən bilirdik ki, ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşırlar. Buna görə də, Vətənimizin maraqlarını qorumaq üçün diplomatik nümayəndəliyin ərazisində toplaşmaq qərarına gəldik. Mitinqin başlanmasına bir saat qalmış azərbaycanlılar, özü də təkcə Belçikada deyil, qonşu ölkələrdə yaşayanlar, həmçinin diplomatlarımızın ailə üzvləri, qadınlar və uşaqlar səfirlik binasına yaxınlaşmağa başladı", - deyə, T.Qafarlı bildirib.
Onun sözlərinə görə, azərbaycanlıların sayı o qədər də çox deyildi - təxminən 70 nəfər, hamısı diplomatik nümayəndəliyin ərazisində idi:
"Əfsuslar olsun ki, bəzi soydaşlarımız gecikdilər və polis əməkdaşları onları səfirliyin ərazisinə buraxmadı. Məsələ burasınadır ki, bina zirehli gödəkçələrdə və itlərlə olan polis əməkdaşları tərəfindən mühasirəyə alınmışdı, tank əleyhinə metal sədlər yerləşdirilmişdi. Günorta saat üçdə ermənilər göründü, onlar azərbaycanlılardan bir neçə dəfə çox idi.
Onlar əvvəlcə səfirliyin binasının sol tərəfinə toplaşdılar, çünki polis əməkdaşları qəzəbli izdihamı sakitləşdirməyə çalışaraq, diplomatik nümayəndəliyin qarşısında dayanmışdı. Qeyd etmək istəyirəm ki, biz erməniləri təhqir etməmişik. Azərbaycan bayraqları altında toplanaraq, "Yaşasın dövlətimiz!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ Azərbaycanındır!", "Xocalıya ədalət", "Erməni işğalına son" şüarları səsləndirirdik. Bizə cavab olaraq, əvvəlcə yumurta, sonra Ermənistan bayrağı təsvir olunan kiçik qaz balonları kimi bir şey, daha sonra yüzlərlə daş və hətta bir şüşə viski atdılar. Biz hər cür təxribata hazır idik, amma beləsinə yox", - deyə, T.Qafarlı bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları erməniləri dayandırmağa çalışsalar da, onların sayı polis əməkdaşlarının sayından xeyli çox olub:
"Polis onları dağıtmağa çalışarkən, bizimkilər arasında artıq zərərçəkənlər var idi. Erməni ekstremistlərinin hücumu nəticəsində Azərbaycan diasporunun altı nümayəndəsi, həmçinin REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralandı və xəstəxanaya yerləşdirildi, diplomatik missiyanın işçiləri travma aldı, diplomatik nümayəndəliyin inzibati binası zərər gördü".
Həmyerlimizin sözlərinə görə, erməni tərəfi polisin təzyiqi altında belə geri çəkilmədi; polisin müdaxiləsinə baxmayaraq, daş atmağa davam edirdilər. Sonra əlavə polis dəstəsi çağrıldı, təcili yardım briqadası gəldi.
"Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları bizə əllərindən gələn köməyi göstərdilər. Polislə əlaqə saxladılar və bizi səfirliyin binasına buraxdılar. Zərərçəkənlər görünəndə səfirlik əməkdaşları həkim çağırdılar. Təəssüf ki, gecikdikləri üçün polis tərəfindən buraxılmayan soydaşlarımız ermənilər tərəfindən qəddar hücuma məruz qaldılar. Sadəcə evlərinə qayıdan dörd azərbaycanlı da yaralandı. Onlar diplomatik nümayəndəliyimizin ərazisində deyildi.
Ermənilər hər yerdə sülhün tərəfdarı olduqlarını söyləyirlər, ancaq eyni zamanda kütləvi şəkildə dinc azərbaycanlılara hücumlar edirlər. Bütün məlumatları polis əməkdaşlarına verməyə çalışdıq, amma bütün cəhdlər nəticəsiz qaldı".
O vurğulayıb ki, azərbaycanlılar ermənilərə qarşı heç bir təcavüzkarlıq göstərməyib:
"Diplomatik nümayəndəliyin ərazisində idik, hasarın arxasında, polis bizi bu ərazidən buraxmadı. Erməniləri isə səfirliyin binası yaxınlığına buraxmamağa çalışırdılar. Hazırda Belçika polisi iğtişaşlar törədən erməniləri axtarır, artıq həbs olunanlar da var. Polisə kömək etməyə çalışırıq; foto və videomateriallar təqdim edirik".
T.Qafarlının sözlərinə görə, bu vəziyyətdə azərbaycanlılar ermənilərin əsl simasını, Azərbaycana qarşı təcavüzkar siyasətini bütün dünyaya göstərmək imkanına malikdirlər.
"Dünyadakı azərbaycanlılar, siyasi baxışlarından asılı olmayaraq, vətənlərinin ərazi bütövlüyünün tərəfdarıdırlar. Biz ədalət tələb edirik!" - deyə, Toğrul Qafarlı sözlərini yekunlaşdırdı.
P.S. Qeyd edək ki, Belçika hüquq-mühafizə orqanları azərbaycanlılara hücum edən 17 erməni təxribatçısını saxlayıb. Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin tərəfindən verilən bəyanatda deyilir.
Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yoxToğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: "Biz hər cür təxribata hazır idik, amma beləsinə yox

Siyasi       Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 xəbər az apa.az xeberler metbuat xeberleri