Tokayev bu ölkələrə ÇAĞIRIŞ ETDİ: Təcili tədbirlər görülməlidir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələrinə Çinlə birlikdə suyun mühafizəsi və bu sektorda yeni texnologiyaların tətbiqi üzrə proqram hazırlamağı təklif edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Sianda Çin-Mərkəzi Asiya sammitində bildirib.
"Orta Asiya şirin su çatışmazlığı riski ilə ən çox üzləşən regionlardan biridir. BMT-nin məlumatına görə, 2050-ci ilə qədər içməli su çatışmazlığı 5 milyarddan çox insana təsir edə bilər. Mütəxəssislərin fikrincə, regionumuzda temperatur sürətlə artır", – o deyib.
Tokayev qeyd edib ki, iqlim dəyişikliyi prosesi region üçün əsas su mənbəyi olan buzlaqların azalmasına gətirib çıxarır. Bu, Mərkəzi Asiyanın ərzaq, enerji və ekoloji təhlükəsizliyi üçün ciddi risklər yaradır və təcili birgə tədbirlər tələb edir.
"Hamımız üçün mövcud su ehtiyatlarından istifadəyə koordinasiyalı və rasional yanaşmalar böyük əhəmiyyət kəsb edir. Bunun fonunda suya qənaət və suvarma üçün effektiv rəqəmsal həllərin ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Çin bu sahədə təsirli addımlar atdı. Çinlə birlikdə su təsərrüfatı sektorunda yeni texnologiyaların tətbiqi proqramı hazırlamağı təklif edirəm", – deyə Qazaxıstan Prezidenti bildirib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi