Tokayevdən Putinə daha bir ŞOK: Rusiya ordenindən İMTİNA ETDİ
Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev dövlət başçısı səlahiyyətlərinin sonuna qədər istər Qazaxıstanın, istərsə də xarici ölkələrin heç bir mükafatını almamaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə "Tengrinews" nəşri respublika prezidentinin mətbuat katibi Ruslan Jeldibaya istinadən məlumat yayıb.
Bundan əvvəl qazaxıstanlı politoloq Yerbol Yedilov özünün Telegram kanalında Moskvanın Tokayevə Aleksandr Nevski ordeni verəcəyini bildirmişdi. Qazaxıstan Prezidenti bu şərəfə görə ev sahibinə təşəkkür edib, lakin dövlət başçısı statusunda nə yerli, nə də xarici mükafatları qəbul etməmək qərarına gəldiyini əsas götürərək mükafatı almayıb. "Eyni səbəbdən prezident bu yaxınlarda Bişkekə səfəri zamanı Qırğızıstanın 1-ci dərəcəli ali "Manas" ordenindən imtina edib", – deyə politoloq vurğulayıb.
Ruslan Jeldibay məlumatı təsdiqləyib.
Bir gün əvvəl Qazaxıstan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. O, Putinlə birgə iştirak etdiyi mətbuat konfransında bildirib ki, Qazaxıstan separatçı "Donetsk və Luqansk xalq respublikaları"nı, Cənubi Osetiya və Abxaziyanı tanımaq niyyətində deyil, onları kvazi-dövlət əraziləri adlandırır.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?