Tokayevin bəyanatlarından sonra Rusiya Qazaxıstan neftinin daşınmasını DAYANDIRDI
Prezidenti Kasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra sərt bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qalan Rusiya markalı "Urals" ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.
Məlumata görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.
Neft nəqlinin dayandırılması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub. Belə ki, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatları ləğv edib.
Xüsusilə, o, Qazaxıstanın DXR və LPR-ni tanımadığını, çünki onları "kvazi-dövlət qurumları" hesab etdiyini bildirib.
"Bir millətin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, o zaman Yer kürəsində 193 dövlət əvəzinə 500-600-dən çox dövlət yaranacaq. Bu, xaos olacaq", – Tokayev qeyd edib. Qafqazinfo.az

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı