Tomas de Vaal: "İlham Əliyevin artıq şərtlərini diktə etmək hüququ var" - MÜSAHİBƏ

Tomas de Vaal: "İlham Əliyevin artıq şərtlərini diktə etmək hüququ var" - MÜSAHİBƏTomas de Vaal: "İlham Əliyevin artıq şərtlərini diktə etmək hüququ var" - MÜSAHİBƏ
Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanan bəyanata baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Qarabağın "müstəqilliyinin" beynəlxalq səviyyədə tanınmasında işlərin israra davam etdiyini bildirdi. Üstəlik, Paşinyan mövcud olmayan bu quruluşun beynəlxalq səviyyədə tanınması üçün daha ciddi səbəblərinin olduğunu dedi.
Amerikanın "Karnegi Avropa Fondu" analitik mərkəzinin baş elmi əməkdaşı, politoloq Tomas de Vaal Media.az-a müsahibəsində Ermənistan baş nazirinin bu sözlərindən təəccübünü ifadə edib və bu fikirlərin reallıqdan çox uzaq olduğunu bildirib.
- Gəlin sülhməramlılardan başlayaq. Rusiya və Türkiyə kontingentlərinin münaqişə bölgəsinə gətirilməsi barədə nə düşünürsünüz? Türkiyə hərbçilərinin sayının ruslarla tam eyni olacağı artıq aydındır, məsələ sadəcə ərazi olaraq harada yerləşəcəklərindədir...
- Rusiya qoşunlarının girişinə gəldikdə, mənə elə gəlir ki, Bakı ilə Moskva arasında bu barədə uzun danışıqlar aparılıb. Gəlin "Lavrov planı"nın ən azı bir neçə il müzakirə olunduğunu xatırlayaq. Burada mövcud kampaniyanın hərbi nəticələri barədə danışmaq lazımdır. Şuşanın götürülməsi elə bir miqyaslı hadisədir ki, Azərbaycan sonda Rusiya sülhməramlılarının iştirakına icazə verə bilər.
Burada başqa bir çox vacib məqam var. Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə məhz Rusiya hərbçiləri məsuldur. Bakının bu barədə əlavə baş ağrısı olmayacaq. Beləliklə, Rusiya sülhməramlılarının gətirilməsinə razılıq Azərbaycan hökuməti üçün qəbul edilən və düzgün addımdır.
Bundan başqa, beş il sonra bu qoşunların mövcud mandatına veto da qoyula bilər.
Hesab edirəm ki, bu, Azərbaycanın və Prezident İlham Əliyevin mübahisəsiz qələbəsidir. Artıq yeni siyasi reallıqda Azərbaycan liderinin şərtlərini diktə etmək hüququ var.
Türkiyə hərbçiləri barədə ayrıca danışmağa dəyər. Onlar olacaqlar. Bəli, bəlkə də Dağlıq Qarabağın özündə deyil, digər bölgələrdə - yaxınlıqda və bu çox vacibdir.
- Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda Dağlıq Qarabağın "müstəqilliyini" tanımaq üçün daha çox əsas olduğu barədə qəribə açıqlamasını necə qiymətləndirirsiniz?
- Bu həqiqətən qəribədir. Münaqişə zamanı Nikol Paşinyan daxili auditoriya üçün çox açıqlamalar verdi. Xarici dünyanın da onu dinlədiyini isə düşünmürdü. Ermənistanın baş naziri xalqını hazırlamadı, erməni qoşunlarının dağılmaq üzrə olduğu barədə xəbərdar etmədi. Bütün bunlar ona qarşı böyük bir etiraz dalğasına səbəb oldu.
Nikol Paşinyanın Qarabağın tanınması ilə bağlı açıqlamasına qayıdaraq deyə bilərəm ki, reallıq dəyişib və Ermənistanın baş nazirinin, yumşaq desək, hazırkı ritorikasına uyğun gəlmir. /oxu.az

Siyasi       Tarix: 13 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri zelzele bugünki xəbərlər xeber.az bu gun