Tomas de Vaal: "Madrid prinsipləri"nin varlığını inkar etmək, sadəcə, mənasızdır" - MÜSAHİBƏ

Tomas de Vaal: "Madrid prinsipləri"nin varlığını inkar etmək, sadəcə, mənasızdır" - MÜSAHİBƏTomas de Vaal: "Madrid prinsipləri"nin varlığını inkar etmək, sadəcə, mənasızdır" - MÜSAHİBƏ
Rusiya xarici işlər naziri Sergey Lavrovun təklifi ilə Qarabağ münaqişəsinin mərhələli plan əsasında həllini nəzərdə tutan "Madrid prinsipləri" məsələsi ekspert cəmiyyətində yenidən fəal müzakirə obyektinə çevrilib və Ermənistanın ritorikasını daha da sərtləşdirib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı "Madrid prinsipləri"nə əsaslanan, tərəflərin gələcək işi üçün əsas olaraq təsdiqlənmiş sənədlərin yenilənmiş versiyalarının olduğunu və bu sənədlərin ATƏT katibliyinə təhvil verildiyini deyib.
Ermənistan Xarici İşlər Nazirliyi, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın etdiyi kimi, hər hansı bir planın mövcudluğunu inkar etməyə qərar verdi. Masis Mayilyanın təmsil etdiyi separatçı rejimin nümayəndələri də köməyə gəldilər. "Azadlıq" Radiosunun erməni xidmətinə verdiyi müsahibəsində o, Qarabağ nizamlanmasına dair danışıqlar masasında heç bir sənəd və ya təklif olmadığını bildirdi. "Bu, masada  hətta "Madrid prinsiplərinin" olmadığı mənasını verir", - deyə Masis Mayilyan vurğuladı. Üstəlik həll prosesi üçün yeni təkliflər və yeni yanaşmalara ehtiyac olduğunu qeyd etdi, hansı ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbəri açıq şəkildə buna qarşı çıxdı.
Amerikanın "Karnegi Avropa Fondu" analitik mərkəzinin baş elmi əməkdaşı ingilis politoloq Tomas de Vaal Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycanda "Madrid prinsipləri"nin vacibliyi müzakirə edilir: "Ancaq heç kimə sirr deyil hələ Robert Koçaryanın (Ermənistanın ikinci prezidenti - red.) dövründən erməni tərəfi Qarabağ münaqişəsinin həlli üçün mərhələli plandan imtina etmək istəyirdi. Ermənistan tərəfindən uzun illərdir ki, bu tendensiya müşahidə olunur ".
Tomas de Vaalın sözlərinə görə, "Madrid prinsipləri" əsasında plan illərdir mövcud olan yeganə sənəddir: "Bildiyim qədər, həqiqətən də Vyanadakı ATƏT Katibliyinin seyfindədir. Bu, prinsipcə, sirr deyil. Yeri gəlmişkən, bir neçə il əvvəl bu sənədin sızması baş verdi və müddəaları (işğal altındakı Azərbaycan bölgələrinin tədricən geri qaytarılması və sonra Qarabağın statusunun müəyyənləşdirilməsi - red.) Ermənistan KİV-ləri tərəfindən yayımlandı. Başqa bir məsələ - mövcud planın mahiyyətinə münasibətdir. Aydın məsələdir ki, həm Azərbaycanın, həm də Ermənistanın sənədlə bağlı öz mülahizələri və iddiaları var. Ancaq "Madrid prinsipləri"nin varlığını inkar etmək sadəcə mənasızdır".
- Ermənistan tərəfinin ritorikasında da dəyişiklik var. Ermənistan Baş nazirinin arvadı Anna Akopyan bir müddət əvvəl "Qadınlar Sülh Naminə" kampaniyasını başlatdı. Ötən gün bu kampaniya çərçivəsində Anna Akopyan və bir qrup qadın Azərbaycanın işğal altındakı ərazilərində bir həftəlik döyüş və atəş hazırlığı kursu keçdilər. Sizin fikrinizcə bu nə demək idi?
- Həqiqətən nümayişkaranə idi. Görünür bu, iyul kəskinləşməsinin (Azərbaycan və Ermənistan sərhədində - red.) nəticəsidir. Xatırlayaq ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Azərbaycan arasında (əvvəlki hökumətin dövrünə nisbətən - red.) daha az soyuq münasibətlər var idi. Ritorika daha sivil idi. Cəbhə xəttində hadisələr baş verərsə, qaynar xətt, təmaslar barədə razılığa gəlinmişdi.
Təəssüf ki, Baş nazirin həyat yoldaşının Qarabağda əlində avtomat tutan son görüntüləri "Qarabağ cəbhəsi"ndə yaranan sərt fonun təzahürüdür.
- Bəs yaxın gələcəkdə, xüsusən son hadisələr fonunda Qarabağ münaqişəsinin həlli prosesinin ölü nöqtədən yerindən tərpənməsi mümkün olacaqmı?
- Təəssüf ki, yaxşı perspektiv görmürəm. Məsələn, Qarabağın statusu ilə bağlı fundamental məsələlər qalır. Tərəflər bir-birlərinə dərin etimadsızlıq bəsləyirlər. Eyni zamanda beynəlxalq ictimaiyyət indi Qarabağ münaqişəsinə o qədər də əhəmiyyət vermir. Bəlkə də ABŞ-dakı prezident seçkilərindən və Donald Trampın mümkün gedişindən sonra Amerika postsovet məkanında daha aktivləşəcək. Ancaq bunun həm müsbət, həm də mənfi cəhətlər var. /oxu.az

Siyasi       Tarix: 05 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber cəbhədən son məlumatlar en son xəbərlər bugün cebheden xeberler