Tonlarla dizeli mənimsəyən rəislə maşinist həbs edildi
Dəmir yollarında böyük həcmdə yanacaq mənimsəyən vəzifəli şəxslər həbs edilib.
KONKRET.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və teplovoz maşinisti Famil Soltanov külli miqdarda dizel yanacağı və yağı mənimsəməkdə təqsirli biliniblər. Onlar qatarların faktiki hərəkət etmədiyi halda, sənədlərdə əlavə marşrutlar yerinə yetirildiyini göstərərək yanacağı kənar şəxslərə satıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 107 min manat ziyan dəyib. Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı əməllərini etiraf ediblər. Xüsusilə rəis E. Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını da mənimsədiyini bildirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dəymiş ziyanın qalan hissəsinin də dövlət büdcəsinə qaytarılması barədə qərar çıxarılıb.
Qeyd edək ki, hər iki şəxs məhkəmə zalındaca həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA