Tonoyana "balıqçı" deyən hökumətyönümlü deputat hədəf alındı - Nazirlik hərəkətə keçdi
Ermənistan parlamentinin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham olunur.
Publika.az xəbər verir ki, ölkənin müdafiə nazirliyi deputatın ordu rəhbərliyinə hücumlarından ciddi şəkildə narahatdır.
Nazirlik millət vəkili Andranik Köçəryanın müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri kimi bundan sonrakı işlərinin məqsədəuyğunluğunu müzakirə etmək üçün milli məclisin spikerinə müraciət edə bilər. Bu barədə idarənin mesajında deyilir. Burada qeyd olunur ki, artıq bir neçə gündür Köçəryan müdafiə nazirliyinin rəhbərliyini nüfuzdan salmaq uğrunda mübarizə aparır. Nazirlik parlament etik davranış komissiyası ilə əlaqə qurma ehtimalını da nəzərdən keçirir.
Qeyd edək ki, hökumətyönümlü millət vəkili Köçəryan son günlərdə nazir David Tonoyan və ümumilikdə, silahlı qüvvələrin rəhbərliyi ilə bağlı bir sıra açıqlamalar verib. O, jurnalistlərə müsahibəsində, xüsusilə, nazirin qeyri-peşəkarlığından danışıb, Su-30 SM qırıcılarının döyüşlərdə niyə istifadə edilmədiyini, Qarabağ səmasının niyə kifayət qədər qorunmadığını qabardıb. Köçəryan Tonoyanın vaxtaşırı kameralar qarşısına çıxdığı hərbi formanı da bəyənməyib. Millət vəkili bu formanı "balıqçı geyimi" adlandırıb. Köçəryan silahlı qüvvələr haqqında "belə bir ordu yoxdur, sadəcə silahlı insanlardır" deyib.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür