Tovuzda azyaşlı qohumunun evindən 25 min manatlıq qızıl oğurlayıb
Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Bu barədə Open.az-a Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkinin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.
Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törətmiş, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar