Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb

Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıbTovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən azxeber.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən "Valeh" MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektlər yanğın avtomatika qurğuları ilə təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyektlər xarici yanğınların söndürülməsi üçün su ehtiyatı ilə təmin edilməyib;
- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- obyektlərdə ildırımötürücü quraşdırılmayıb;
- obyektlər qəza işıqlandırma qurğusu ilə təmin olunmayıb;
- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
- obyektlərdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən "Valeh" MMC-yə məxsus yanacaqdoldurma köşklərinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin nümayəndəsinə təqdim edilib.

Sosial       Tarix: 24 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Naxçıvandakı ağır qəzada ölənlərin sayı ikiyə çatıb

Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib. "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb

Azərbaycanlı hacıların dönüş cədvəli açıqlanıb

Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.  xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələ

Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib. xəbər verir k, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, onun 76 yaşı var idi. Əlihüseyn Əliyev 1991-ci ilə qədə

Space TV'dən aparıcının maaş almaması iddialarına - Cavab

"Space TV" əməkdaşlarının 2026-cı ilin mart və aprel üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib". xəbər verir ki, bu barədə "Space TV" məlumat yayıb. Bildirilib ki, hazırda şirkətin qeyd oluna

WhatsApp'da yenilik - Əziyyət çəkmədən pul qazandırır

"Meta" "WhatsApp" biznes sahibləri üçün şirkəti yeni "Meta Business Agent" platformasını təqdim edib. -a istinadən xəbər verir ki, süni intellekt əsaslı bu sistem kiçik və böyük bizneslərin müştər

Kredit borcu evinizi əlinizdən ala bilər?

Son illərdə kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən şəxslərin əmlakını itirməsi ilə bağlı hallar daha çox müzakirə olunur. Bank və maliyyə institutlarının tələblərinin sərtləşməsi, həmçinin borclanma səviyyəsini

Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb. xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dollar

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

23 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Bəşirov Nəsir Bəşir oğlu elm və texnologiya sahəsində qazandığı uğurlarla diqqət çəkir. unikal-a istinadən xəbər verir ki, Nəsir hələ 6-cı sinifdə informatika fənni üzrə Respublik

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlər BELƏ OLACAQ

Məhərrəmlik ayında toy mərasimlərinin sayının azalması və zinət əşyalarına tələbatın nisbətən aşağı düşməsi fonunda qızıl qiymətlərində ucuzlaşmanın olub-olmayacağı maraq doğurur. Bəs bu dövrdə bazarda qiymətlərin enməs


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az novruz bayramı xeber.az 2026 son xeberler bugun 2026 muharibe