Toyda qonaqlar arasında DAVA

Toyda qonaqlar arasında DAVABərdə rayonunda 1990-cı il təvəllüdlü Mürvət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ceyhuna xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin mayın 20-də baş verib.
Mürvət Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "Nəqşicahan" şadlıq sarayında qonaq kimi iştirak etdiyi kiçik toy məclisindən çıxdıqdan sonra həmin şadlıq sarayının qarşısında onunla eyni məclisdə qonaq kimi iştirak etmiş həmkəndlisi Ceyhunun zarafat edərək ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib.
Mürvət Ceyhunun ondan üzr istəməsini tələb etmək, əks təqdirdə ona bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlib.
O, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib və evdən məlum olmayaq kəsici-deşici alət götürərək Ceyhunun yaşadığı ünvana gəlib.
Mürvət saat 23 radələrində Ceyhunla evlərinin yaxınlığında qarşılaşıb. Ondan ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə zamanı özü ilə gətirdiyi kəsici-deşici alətlə Ceyhuna bir dəfə zərbə vurub.
Hadisəni törədən Mürvətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, Bərdə rayonu, Gərənə kəndində yaşayır və bir azyaşlı övladı var:
"Gərənə kəndində əkinçiliklə məşğulam. Zərərçəkmiş Ceyhun həmkəndlimdir. Əvvəl aramızda heç bir dava-dalaş və münaqişə olmayıb. Münasibətlərimiz normal olub".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil edib:
"Özüm də, Ceyhun da həmin məclisdə iştirak etdik. Bərdə şəhərində yerləşən "Nəqşicahan" şadlıq evində toy mərasimində yemək yeyib, spirtli içki içdik.
Toydan sonra Ceyhun mənə yaxınlaşdı. O, şit zarafat etməyə başladı. Ceyhuna dəfələrlə zarafat etməməyi, bundan xoşum gəlmədiyini desəm də, o, söyüş söyərək zarafata davam etdi.
Ceyhunla mübahisə edərkən ətrafdakı tanımadığım şəxslər məni taksiyə mindirdi və yaşadığım kəndə yola saldılar.
Evə çatdıqdan sonra Ceyhunun mənimlə etdiyi zarafat və nalayiq sözlər ağlımdan çıxmadı. Yaşadığım evdə saxladığım bıçağı götürərək onun yaşadığı evə yollandım.
Ceyhunu yolda gördüm və ona yaxınlaşaraq niyə elə zarafat etdiyini və nalayiq ifadələr işlətdiyini soruşdum. Ceyhun yaxşı elədiyini və məndən xoşu gəlmədiyini dedi.
Aramızda olan mübahisə davaya çevrildi. Bir-birimizə yumruqla zərbələr vurduq. Yaşadığım evdən götürdüyüm bıçağı cibimdən çıxardım.
Əsəbi halda Ceyhunun qarın nahiyəsinə bir dəfə zərbə vurdum. Sonra qorxduğum üçün oradan qaçdım. Ceyhuna xəsarət yetirdiyim bıçağı da yaxınlıqdakı su arxına atdım və yaşadığım evə getdim.
Qısa müddət sonra polis əməkdaşları gəldi və məni Bərdə Rayon Polis Şöbəsinə apardılar".
İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır və əkinçilik edir:
"Təqsirləndirilən Mürvət mənim həmkəndlimdir. Əvvəl aramızda dava-dalaş olmayıb, münasibətlərimiz normal olub. Hadisə günü təxminən 22 radələrində məclis yekunlaşdı.
Şadlıq sarayının qarşısına çıxaraq yaşadığım evə qayıtmaq istəyəndə Mürvəti gördüm və söhbət etdim. Qarşılıqlı zarafat etdik, Mürvət də mənim kimi içkili olub.
O, nalayiq ifadələr işlədərək mübahisə etməyə başladı. Ətrafdakı tanımadığım şəxslər Mürvəti taksiyə mindirib evə göndərdilər".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mürvət üç il azadlıqdan məhrum edilib. / azxeber.com

Sosial       Tarix: 02 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu xəbərlər bugunun xeberleri cebheden xeber