"Toyların olmayacağına niyə sevinirsiniz?" - Nərgiz Cəlilova

"Toyların olmayacağına niyə sevinirsiniz?" - Nərgiz Cəlilova"İnsanların bu qədər aqresiv olmasını anlamıram. Hərdən bunu çözmək istəyirəm. Karantin günlərində də insanlar bir-birinə dayaq olmaq əvəzinə tənqid yazır, əsəb göstərirdilər. Əgər pandemiya bizi birləşdirmədisə, nə birləşdirə bilər?".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqramda canlı yayımda deyib. Əməkdar artistlər Tahir və Cabir İmanovun virtual qonağı olan aparıcı sosial şəbəkədəki tənqidlərdən bəhs edib.
O bildirib ki, karantin günlərində evdən yalnız işlə bağlı çıxıb: "Yalnız işə gedib-gəldim. Başqa günlər də evdə oturdum".
N.Cəlilova telekanallardan bəhs edərək bunları söyləyib: "Televiziyalar dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Cəmiyyətdən bir addım öndə olmalıdır. Hətta saytlarda dərc edilən xəbərləri də qabaqlamalıdır. Çox təəssüf ki, hazırda tam əksini görürük. Ona görə də indi çoxları deyir ki, Azərbaycan kanallarına baxmırıq, maraqsızdır.
Verilişlərdə eyni fikirlər başqa-başqa cümlələrlə səsləndirilir. Buna görə də tamaşaçıya maraqsız gəlir.
Niyə bilmirəm, amma tamaşaçılar insanların efirdə yazıq vəziyyətini görmək istəyirlər. Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal ona yazığı gəlir və başlayırlar dəstək olmağa".
Cəlilova toyların dayandırılmasından da bəhs edib. O, sosial şəbəkədə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə "Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toydur. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm" reaksiyasını verib.(axşam.az)

Şou Biznes       Tarix: 19 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler futbol xeberleri son xəbərlər bugün 2026 en son xəbərlər bugün