Toysuz qalıb, pulsuz qalmayan məşhurlar - Pandemiyada dönərxana açdılar
Pandemiya ərəfəsində dünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə ölkəmizdə də bir sıra kütləvi tədbirlər qadağan edilib. Bu siyahıya toy, nişan, ad günü, şou-proqramlar da daxildir. Elə buna görə də bir vaxtlar gündə iki-üç toya gedən sənətçilər işsiz qalıblar.
Bəs görəsən, toysuz qalan azərbaycanll məşhurlar karantin dövründə hardan gəlir əldə edirlər?
Open.az Yenisabah.az bu mövzuda araşdırmasını təqdim edir:
Müğənni Xatirə İslam toysuz qalsa da, işsiz qalmayıb. İfaçı bu aralar sosial şəbəkələrin aktiv istifadəçisidir. Onun "İnstagram" paylaşımlarının böyük hissəsi isə reklamlardır. Sənətçi geyim, mebele mağazası, kafeldən tutmuş, yeməyə qədər bütün reklamları səhifəsində yerləşdirib.
"Göyçək" Fatimə ləqəbi ilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva isə pandemiya dövründə biznes qurub. Sənətçi iyun ayında "Hop Stop" adlı dönərxana açıb.
Əməkdar artist Mətanət İsgəndərli ötən il təmtəraqlı açılışını etdiyi gözəllik salonunun sahibidir. Salonu Əməkdar artistin gəlini Canana xanım idarə edir.
Müğənni Yaşar Cəlilov da gözəllik mərkəzi sahibi olanlar arasındadır. Onun sahibi olduğu gözəllik salonunun adı "Ulduzum by Yaşar Cəlilov"dur.
Müğənni Nüşabə Ələsgərlinin də "Solmaz" adlı qadın gözəllik salonu var.
Qeyd edək ki, 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.
Müğənni Ayan Babakişiyeva özünə Türkiyədə biznes qurub. Bir müddət əvvəl Azərbaycandan köçən, daha sonra vətənə dönən ifaçı Türkiyədəki biznesini açıqlamaqdan çəkinsə də, bu haqda məlumat vermişdi. O, iyul ayında biznesini idarə etmək üçün yenidən qardaş ölkəyə yollanmışdı.
Müğənni Günay İbrahimli də "İnstagram"a həm də gəlir vasitəsi kimi baxanlar siyahısındadır. İfaçı səhifəsində yerləşdirdiyi reklamlara görə, 450-500 manat qazanır. Bu barədə o, açıqlamalarının birində bildirib. G.İbrahimlinin hazırda "İnstagram"da 1,6 milyondan çox izləycisi var.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq