TR-YÖS imtahanında tarixi nəticə: Əhəd Səmədzadə maksimum 500 bal topladı
Beynəlxalq Təhsil Mərkəzinin istedadlı şagirdi Əhəd Səmədzadə 2025-ci il TR-YÖS (Türkiyə Yabancı Öğrenci Sınavı) imtahanında möhtəşəm uğura imza atıb.
O, mümkün maksimum göstərici olan 500 bal toplayıb.
Bu nəticə ilə Əhəd Səmədzadə, beynəlxalq tələbələr üçün təşkil olunan ən çətin imtahanlardan biri sayılan TR-YÖS-də həm ölkə, həm də beynəlxalq səviyyədə ən yüksək nəticəni əldə edən şagirdlər sırasında lider mövqeyə yüksəlib.
500 bal nəticəsi — təkcə akademik bilik deyil, sistemli hazırlıq, ciddi zəhmət və strateji düşüncə qabiliyyətinin nəticəsidir.
Əhədin bu nəticəsi onu Türkiyənin ən prestijli universitetlərində tam təqaüdlə təhsil almaq imkanı ilə bir addım daha irəli daşıyır.
Əhəd Səmədzadənin bu uğuru onun akademik potensialının və zəhmətinin göstəricisi olmaqla yanaşı, Beynəlxalq Təhsil Mərkəzinin hazırlıq sisteminin effektivliyini də sübut edir.
"Əhədin uğuru təsadüf deyil - bu, illərlə qurulan bir sistemin, güvənli təlimin və tələbəmizin yorulmaz əzminin nəticəsidir," — deyə Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi bildirib.
Biz də Əhədi səmimi qəlbdən təbrik edir, ona təhsil həyatında daha böyük uğurlar və zirvələr arzulayırıq!
/Bakıvaxtı.az / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA