Tramp ABŞ-ın hərbi xərclərini qaldırdı - ilk dəfə 1 trilyonu keçəcək
ABŞ prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord həcmdə büdcə layihəsini açıqlayıb. Layihəyə əsasən, ABŞ-ın hərbi xərcləri tarixdə ilk dəfə olaraq 1,01 trilyon dolları keçəcək. Bu, hazırkı ilə müqayisədə 13 faiz artım deməkdir və analitiklər bunu 1980-ci illərdə Ronald Reyqan dövründə müşahidə olunan hərbi yüksəlişə bənzədirlər.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, yeni maliyyə ili ABŞ-da 1 oktyabr 2025-ci ildən başlayacaq. Tramp administrasiyası yalnız müdafiə sahəsinə deyil, daxili təhlükəsizlik sahəsinə də 65 faiz artımla vəsait ayırmağı təklif edir.
Bunun əvəzində, bütövlükdə vətəndaş cəmiyyətinə yönəlmiş büdcə maddələri 22,6 faiz azaldılır. Azaldılacaq sahələrə bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, irqi ayrı-seçkiliklə mübarizə, həmçinin bir sıra elmi və təhsil proqramları daxildir.
Tramp administrasiyası NASA-nın Aya uçuş proqramını da yenidən nəzərdən keçirmək, onun yerinə özəl sektorun alternativlərinə üstünlük vermək niyyətindədir.
Eyni zamanda, ABŞ-ın xarici ölkələrə ayırdığı humanitar və iqtisadi yardım proqramlarının bəzilərinin tamamilə ləğv olunması planlaşdırılır.
Ekspertlər Trampın bu büdcə strategiyasını "dövlət prioritetlərinin kəskin şəkildə hərbiləşdirilməsi" kimi dəyərləndirirlər.

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı