"Tramp İranla sazişin şərtlərini təhrif edir" - Nə baş verir?

ABŞ və İran arasında gözlənilən razılaşma ətrafında diplomatik və bəyanatlar savaşı qızışır. İranın rəsmi mənbələri ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında imzalanacaq memorandumun bəndləri ilə bağlı son açıqlamalarına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, İranın "Fars" xəbər agentliyinə danışan rəsmi mənbə ABŞ liderinin bəyanatını "həqiqət və yalanın qarışığı" adlandırıb. Mənbənin bildirdiyinə görə, Trampın ən böyük yalan iddialarından biri Hörmüz boğazının gəmilərdən heç bir rüsum alınmadan açılması tələbi ilə bağlıdır. Tehran rəsmisi vurğulayıb ki, İran blokada qaldırıldıqdan sonra boğazı öz daxili razılaşmalarına uyğun olaraq açacaq və bu tədbirlər gəmilərin monitorinqi, yoxlanılması, həmçinin Tehran tərəfindən hazırlanan təhlükəsizlik və xidmət təminatına qədər dəyişə bilər. İran tərəfi Trampın zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı bəyanatını da növbəti təhrif adlandırıb və memorandumda belə bir bəndin olmadığını, bu iddianın tamamilə əsassız olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, İrandan olan mənbə ABŞ Prezidentinin qəsdən gizlətdiyi və toxunmadığı Tehranın əsas tələblərini sıralayıb. Qeyd olunub ki, İranın dondurulmuş aktivlərindən 12 milyard dollar dərhal Tehrana ödənilməlidir və bu şərt yerinə yetirilmədən İran danışıqların növbəti mərhələsinə keçməyəcək. Digər mühüm tələb kimi isə başda Livan olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların və atəşkəsin dərhal təmin olunması irəli sürülüb. Mənbə sonda xüsusi olaraq vurğulayıb ki, yekun saziş yalnız İslam Respublikasının prinsiplərinə və "qırmızı xətlərinə" əsaslanacaq. Bu sənəd ABŞ-a qarşı tam etmatsızlıq mühitində hazırlanır və Vaşinqton tərəfindən hər hansı bir öhdəliyin pozulması halında Tehran dərhal adekvat cavab tədbirləri görəcək.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 30 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta ən son xəbərlər bugün ən son xəbərlər son xeberler 2026