"Tramp o sualı çox yaxşı başa düşmüşdü

Xoşqədəm Hidayətızı,
Əməkdar jurnalist 
İki gündür ABŞ-də imzalanan tarixi anlaşma bir kənarda qalıb, biz isə Trampa sual verən jurnalistin ingilis dili səviyyəsi və aksenti ilə məşğuluq. 
Tramp o sualı çox yaxşı başa düşdü. Sadəcə, hər zamankı kimi özünəməxsus cavabını verdi.
O jurnalist – Vüsalə Abbasova – illər öncə addımlarını yeni atan gənc bir jurnalist kimi mənim yanıma gəlmişdi. Mənim müəllifi olduğum "Sən Tək Deyilsən" layihəsində TV təcrübəsi olmadan, qısa müddətdə əzmi və çalışqanlığı ilə müxbir, prodüser, montajçı, redaktor oldu. 
Mənim kimi tələbkar bir insanın yanında işləyib tərif almaq hər adamın işi deyildi – amma o bacardı.
Daha sonra İstanbul Universitetində həm bakalavr, həm də magistratura təhsilini uğurla tamamladı. Ardınca PhD tələbəsi kimi ABŞ-ın nüfuzlu Yale Universitetinə getdi. 
Xatırlayıram, həmin vaxtlar onun üçün çox çətin idi — universitetin tələbə evində qalırdı. Maddi sıxıntılar, çətinliklər.
Hər gün mənə zəng edir, çətinliklərindən danışır, məsləhətlər alırdı. Mən hər zaman onun yanında idim, çünki inanırdım.
Bu inam boşa çıxmadı — o, BMT-dən ardıcıl 2 il təqaüd qazanan tələbə oldu. 
BMT Baş katibindən müsahibə alan ilk azərbaycanlı jurnalist, BMT Jurnalistlər Assosiasiyasının da yeganə azərbaycanlı üzvüdür.
Türkiyədə çalışdığı vaxt Ərdoğanın sevimli jurnalistlərindən biri oldu. 
Netanyahu, müxtəlif ölkə prezidentləri, baş nazirlər, beynəlxalq təşkilatların təmsilçiləri – onun müsahibə portfelindədir.
Vüsalə məcburi köçkün ailəsində doğulub, bu yerə səs-küysüz, "sponsor" olmadan, "dayı"ların kölgəsində yox, günəşin altında təkbaşına addımlayaraq gəlib. O, bacarıqlı, dürüst və dəyərlərinə bağlıdır. Mənəm-mənəmlikdən, eqodan, ambisiyadan uzaq, yaxşılığı unutmayan, etibarlı, sədaqətli və zəhmətkeş insanların yolu daim açıq olur.
Yolun daim açıq olsun, Vüsalə!
/ azxeber.com

Sosial       Tarix: 11 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler kriminal xeber xeber