Tramp: "Şimal axını"ndakı təxribat müharibəyə səbəb ola bilər"
"Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə hücumlar böyük eskalasiyaya və ya müharibəyə səbəb ola bilər.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən prezident olanda Almaniyanın və Avropanın digər ölkələrinin onlardan necə asılı olduğunu izah etdim. O vaxt hamı gülürdü, indi isə gülmürlər. Bu, böyük eskalasiyaya və ya müharibəyə səbəb ola bilər", – Tramp bildirib.
O qeyd edib ki, qaz kəmərindəki təxribat Florida ştatını vuran qasırğadan daha çox nəticələrə gətirib çıxaracaq.
Qeyd edək ki, bu gün NATO "Şimal axını" xətlərinin zədələnməsinin təxribat aktları nəticəsində baş verdiyini bəyan edib.
Alyans bildirib ki, müttəfiqlərin kritik infrastrukturuna qəsdən edilən istənilən hücuma qətiyyətli cavab veriləcək. Bundan əvvəl bəzi avropalı siyasətçilər və media Rusiyanı öz qaz kəmərini partlatmaqda ittiham edib. Belə ki, İspaniya baş nazirinin müavini bildirib ki, qaz kəmərlərindəki nasazlıqlar Rusiyanın təxribatlarının nəticəsidir.
Xatırladaq ki, sentyabrın 26-da "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində təzyiqin düşməsindən sonra sızmalar baş verib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü