Tramp Ukraynaya nifrət edir? - ŞOK İDDİA
ABŞ prezidentliyinin ilk günlərində Donald Trampda Ukraynaya qarşı "azğın nifrət" var idi.
Publika.az xəbər verir ki, bu haqda Amerika administrasiyasının indiki və keçmiş əməkdaşlarına istinadən "Washington Post" nəşri yazıb.
Bunun təxmini səbəbi isə Demokratlar Partiyasının, xüsusi halda 2016-cı il prezident seçkilərində Trampın rəqibi olmuş keçmiş dövlət katibi Hilları Klintonla Kiyevin ehtimal edilən əməkdaşlığı göstərilir.
"O sadəcə Ukraynaya nifrət edirdi", - qəzetin mənbəyi bildirib.
Qeyd olunur ki, may ayında Ağ Ev rəsmiləri ilə görüşdə ABŞ prezidenti Kiyevin "onu məhv etməyə çalışdığını" iddia edərək, bu ölkənin yeni hakimiyyətini dəstəkləmək təklifi ilə razılaşmayıb. Mənbələrin sözlərinə görə, Trampın Ukraynaya münasibəti, ehtimal ki, dəyişməzdir.
Qeyd edək ki, bu gün Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə məmnuniyyətlə qəbul edəcəyini bildirib.
"Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı Zelenskinin tezliklə ABŞ-a səfərinə ümidini ifadə edib. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib