Trampdan Ərdoğana qarşı ŞOK HƏRƏKƏT: Vaşinqtona gedəcəyi gün Pentaqon...

Trampdan Ərdoğana qarşı ŞOK HƏRƏKƏT: Vaşinqtona gedəcəyi gün Pentaqon...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfərinin dəqiqləşməsi bu ölkədə yeni bir Türkiyə qarşıdurması yaradıb.
Publika.az xəbər verir ki, Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşinqtonda ikən mütləq gündəmə gətirilməsini istəyib.
ABŞ prezidenti Donald Trampın Administrasiyası isə təklifə müsbət yanaşmayıb.
Zaman mübahisəsi
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Risş Ərdoğan ölkələrində ikən layihənin gündəmə gətirilməsinin yaxşı fikir olmadığını deyib. Həmin komitənin demokrat üzvü Bob Menendez isə xronologiyaya əsasən, Türkiyəyə sanksiya qərarının gələn həftə etibarilə səsverməyə çıxarılmasının gərəkliliyini vurğulayıb.
Həqarət etdilər
Bəzi senatorlar da mübahisəyə qoşulub. Sosial mediadan "Tramp Ərdoğanın Ağ Evə səfərini təsdiqlədi" xəbərini etiketləyərək şərh verən Konnektikut ştatının senatoru Riçard Blumental "Trampın Ərdoğanla xoş bir yemək üçün təkidi göstərir ki, Suriyada kürd ortaqlarımıza edilən hücumları şokedici şəkildə görməzdən gəlir" deyərək Ərdoğanı təhqir edib.
Sanksiya istədilər
Türkiyəyə qarşı həmlə bununla bitməyib. 5 senator Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya Türkiyənin Suriyadakı təhlükəsiz bölgə xaricində fəaliyyət göstərdiyi iddialarının araşdırılmasını tələb edən məktub ünvanlayıb. Məktubda iqtisadi sanksiyaların tətbiqi tələb olunub.
Pentaqondan qəribə açıqlama
Türkiyəyə bir çox sahədə sanksiya tətbiq edilməsini ehtiva edən layihə ABŞ Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ sisteminə görə, bir layihənin qanuniləşməsi üçün Senatda qəbul edilməlidir. Layihə Senat səsverməsində üçdə iki səs alarsa, prezidentin təsdiqi olmadan qüvvəyə minə bilər.
Digər tərəfdən, YPG/PKK-nın muxtar idarəetməsinin iddialarından sonra hərəkətə keçən Pentaqondan ötən gün bir açıqlama gəlib. Belə ki, ABŞ-ın Türkiyəyə satdığı silahlardan müharibədə istifadə edib-etmədiyi araşdırılacaq.
Zümrüd /publika.az

Dünya       Tarix: 08 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xabar az cəbhədən xəbərlər cəbhədən son xəbər