Trampdan İranla bağlı şok açıqlamalar
ABŞ prezidenti Donald Tramp İranla bağlı bir-birinin ardınca səsləndirdiyi qalmaqallı bəyanatlarla diqqət çəkib.
KONKRET.az xəbər verir ki, Tramp Vaşinqtonun Tehran üzərində təsiri, davam edən danışıqlar və bölgədəki vəziyyətlə bağlı iddialı açıqlamalar verib.
Onun sözlərinə görə, İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı "çox böyük dəyərə malik hədiyyə" təqdim edib və bu məsələ artıq həllini tapıb.
Tramp bildirib ki, ABŞ İranla qarşıdurmada bütün məqsədlərinə nail olub: "Biz İranda bütün məqsədlərimizə çatdıq. İran nüvə silahı əldə etməyəcəyinə dair təminat verib".
ABŞ prezidenti daha da irəli gedərək Vaşinqtonun Tehran üzərində təsir imkanlarının geniş olduğunu vurğulayıb: "Biz İranda nə istəsək idarə edəcəyik. İran bizə inanılmaz dəyərdə bir hədiyyə verib".
O, həmçinin qeyd edib ki, hazırda İranla danışıqlar davam edir və Tehran razılaşmaya sadiq görünür. Trampın sözlərinə görə, ABŞ tərəfindən bu prosesdə vitse-prezident Cey Di Vens, senator Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff iştirak edir.
Tramp əlavə edib ki, İranda yeni lider qrupunun formalaşdığı müşahidə olunur və bu, faktiki olaraq rejim dəyişikliyi kimi qiymətləndirilə bilər.Musavat.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK