Trampın bu fotosu səs-küy yaratdı - Lavrov ayaq üstə qaldı
ABŞ prezidenti Donald Trampla Rusiya Xarici işlər naziri Sergey Lavrovun fotosu əks-səda yaradıb.
Publika.az xəbər verir ki, rəsmilərin danışıqlardan sonra Oval kabinetdə çəkdirdiyi fotonu bəziləri diplomatik protokola zidd adlandırıb. Belə ki, onlar Lavrovun ayaq üstə durmasını etik saymayıblar.
Diplomatik xidmət jurnalının baş redaktoru Vladimir Vinokurov isə bunun əksini düşünür:
"Tramp, Oval kabinetin rəhbəri kimi çıxış edərək qonaq qəbul edib. Uzun fasilədən sonra Xarici işlər nazirinin ABŞ prezidenti ilə görüşünün baş tutmasına diqqət yetirmək daha əhəmiyyətlidir".
Qeyd edək ki, Tramp, Rusiya Xarici işlər naziri Sergey Lavrovla Vaşinqtonda keçirdiyi görüşdən sonra Tvitter səhifəsində "çox yaxşı görüş"ün baş tutduğunu yazaraq, foto əlavə etmişdi.
Xatırladaq ki, S.Lavrov dünən ABŞ-a səfər edib. O, Trampla yanaşı, dövlət katibi Mayk Pompeo ilə də görüşüb. /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz