Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişi

Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişiTramp dara düşəndə rus neftinə üz tutur amma sonra yenə Rusiyaya sanksiya tətbiq edəcəyini deyir. Hər yerdə neft bahalaşır amma İranda qiymət artımı baş verməyib.
Bu baxımdan dünya artıq torpaq uğrunda yox, iqtisadi savaşlar aparırmı?
Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişiMəsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasətçi Sahil İskəndərov bildirib:
"Sözsüz ki, İran, ABŞ və İsrail arasında hələ də davam edən müharibənin nə vaxt başa çatacağının aydın olmaması fonunda dünya iqtisadiyyatında turbulentlik nəzərə çarpır. Neftin qiyməti artıq 100 dolları keçib. Bu, həm dünya iqtisadiyyatına, həm də ABŞ-a öz təsirini göstərir".
Sahil İskəndərovun sözlərinə görə, tarixə nəzər salsaq, görərik ki, Amerika cəmiyyətində benzin istehlakının qiymətlərinin artması bir növ ABŞ hakimiyyətinə münasibətin indikator rolunu oynayır. Tramp seçkilərdən öncə iqtisadiyyatın gücləndirilməsi, insanların rifahı və bahalı müharibələrə son qoymaqdan bəhs edirdi. Bu, Venesuelada çox rahatlıqla həyata keçirilsə də, neft ehtiyatlarının qapısı birbaşa ABŞ-ın üzünə açıldı. İranda isə istədikləri kimi olmadı və əksinə, neftin qiymətlərini qaldırdı.
"Pərdəarxası Moskva və Vaşinqton da bu müstəvidə müəyyən, müvəqqəti sövdələşmələrə və razılaşmalara gedirlər. Trampın Hindistanın Rusiyadan neft almasına qarşı sərt tələbləri və sanksiyalar kontekstində bir ay geri atdı. Moskva Vaşinqtona 14 trilyon dollarlıq iqtisadi əməkdaşlıq layihəsi təklif edib. Bu, hətta Alyaska, Rusiyanın uzaq Şərqi ilə də bağlıdır. Mən düşünürəm ki, Rusiya neftinin yenidən dünya bazarlarına ayaq açması və rolunun möhkəmlənməsi çox gözləniləndir. Müharibə bir-iki həftə daha davam edərsə, Rusiyanın bu müstəvidə əlavə qazancları təxminən 3 milyard dollar təşkil edə bilər", — deyə siyasətçi əlavə edib.
"ABŞ və İsrailin İran üzərində ildırım sürəti ilə qələbə qazanmaq və hakimiyyəti devirmək planları hesablamalarda özünü hələ ki, doğrultmur", – deyən S. İskəndərov qeyd edib:
"Çünki nə Vaşinqton, nə də Tel-Əviv bu planlardan əl çəkməyib. Və İran cəmiyyətinin daxilində etiraz aksiyalarının qızışması da hakimiyyəti devirməkdə uğurlu olmadı. Tramp İran müharibəsindən pis oyunda yaxşı simanı qoruyub saxlamaqla və ya qələbəni elan etməklə çıxış yolları axtarır. Lakin Tramp ekssentrik siyasətçidir və onun bir çox aldadıcı fəndləri ola bilər. İstənilən halda, Çinə səfəri öncəsi D. Tramp bu və ya digər şəkildə İran üzərindən qələbənin artıq qazanıldığını elan etməklə hərbi əməliyyatları dayandıra bilər. Çünki ABŞ və Çin arasında ciddi problemlər var və öz həllini tapmalıdır. Tramp Çinə səfərinə qədər Yaxın Şərqdə mübarizədə çox qətiyyətli qələbə çalmaq arzusundadır. Pekinə güclü kartlarla getmək istəyir".
Əks məsələyə diqqət çəkən Sahil İskəndərov vurğulayıb: "İranın hədəfə götürülməsi ilə ABŞ-ın əsas məqsədi məhz Çinə zərbə endirərək, onun iqtisadiyyatını sarsıtmaq idi. Amma İran Hörmüz boğazını bağlamaqla, oradan gün ərzində 12 neft tankeri və daha artığı Çinə keçib. Belə çıxır ki, artıq bu müharibədə ABŞ heç də Çinlə bağlı məqsədlərinə çata bilməyib. Belə təzadların fonunda Tramp üçün Rusiya neftinin dünya bazarlarına çıxması və bununla da benzinin qiymətinin azaldılmasını istəyir".
Dəniz Pənahova
KONKRET.az

Siyasi       Tarix: 14 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler ən son xeberler sonxeber az kriminal xeber