Trampın "Sülh Şura"sı Bakı və İrəvanı buna məcbur edə bilər - YENİ MƏQAMLAR
"Ermənistanın Baş naziri Nikol Paşinyanın İsveçrəyə səfəri və Davos çərçivəsində Sülh Şurasının nizamnaməsinin imzalanması regionda davam edən diplomatik proseslərin beynəlxalq platformaya daşınması baxımından diqqətəlayiq addım kimi qiymətləndirilə bilər".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"Bu sənədin əsas töhfəsi Ermənistan–Azərbaycan sülh prosesinin daha geniş beynəlxalq çərçivədə müzakirə olunmasına və tərəflərin üzərinə düşən öhdəliklərin siyasi baxımdan görünən hala gətirilməsinə xidmət etməsidir. Sülh Şurası formatı birbaşa hüquqi mexanizm yaratmasa da, tərəflərin zorakılıqdan imtina, dialoqun davam etdirilməsi və münaqişələrin sülh yolu ilə həlli kimi prinsiplərə bağlılığını beynəlxalq auditoriya qarşısında təsdiqləyən siyasi platforma rolunu oynaya bilər".
Z.Qarayeva vurğulayır ki, digər tərəfdən, Davosda imzalanmış nizamnamə Ermənistan üçün əlavə diplomatik məsuliyyət yaradır və revanşist ritorikadan uzaqlaşmaq zərurətini gücləndirir.
"Ermənistan rəhbərliyi bu cür beynəlxalq təşəbbüslərə qoşulmaqla sülh gündəliyini açıq şəkildə qəbul etdiyini nümayiş etdirməli olacaq. Azərbaycan üçün isə bu proses sülh mövzusunun qlobal aktorların diqqətində saxlanılması və Ermənistanın mümkün öhdəlikdən yayınma cəhdlərinin beynəlxalq müstəvidə daha asan ifşa olunması baxımından əhəmiyyət daşıyır. Nəticə etibarilə, Sülh Şurasının nizamnaməsi birbaşa razılaşma olmasa da, tərəfləri sülh yolunda siyasi olaraq daha sıx çərçivəyə salan əlavə diplomatik təzyiq mexanizmi kimi çıxış edə bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX