Trampın ultimatumu: "İran tamamilə məhv ediləcək"
ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına verdiyi müsahibədə İrana qarşı irəli sürdüyü tələblərin icrası ilə bağlı silsilə xəbərdarlıqlarını davam etdirib.
Tramp rəsmi Tehrana verdiyi ultimatumun nəticəsinin "çox yaxşı" olacağını qeyd edərək, ölkənin "tamamilə məhv ediləcəyini" vəd edib. "Elektrik stansiyaları ilə bağlı ultimatumun nəticəsinin nə olacağını tezliklə görəcəksiniz. İranın tam məhvi baş verəcək və hər şey əla olacaq", – deyə ABŞ lideri bildirib.
KONKRET.az xəbər verir ki, Trampın elektrik stansiyalarının hədəf alınması və Hürmüz boğazının açılması ilə bağlı Tehrana verdiyi vaxtın müddəti martın 23-ü axşam saatlarında başa çatır. Vaşinqtonun bu sərt ritorikası ABŞ-ın hərbi arsenalının bölgədə tam hazırlıq vəziyyətinə gətirildiyi bir vaxtda səslənir.
Ekspertlər qeyd edirlər ki, ultimatumun müddəti bitdikdən sonra İranın strateji enerji şəbəkələrinə genişmiqyaslı hava zərbələrinin endirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Rəsmi Tehranın isə hələlik bu təhdidlərə geri çəkilməklə yox, müdafiə və hücum hazırlıqlarını artırmaqla cavab verdiyi müşahidə olunur.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK