Trampın üzərinə qılınc çəkdilər, Ərdoğana görə erməniləri... - Dəhşətli sirr ORTAYA ÇIXDI
"Bəziləri Ərdoğanla Tramp arasındakı səmimiyyətin səviyyəsindən narahatdır. Konqres Ərdoğan gəlməsin deyə Türkiyə əleyhinə iki qərar çıxardı. Əvvəldən bəziləri bu səfəri ləğv etdirməyə çalışır".
Publika.az xəbər verir ki, bu sözləri "Türkiyə qəzeti"nin Ankara müxbiri Batuxan Yaşar prezident Rəcəb Tayyib Ərdoğanın Vaşqintona Tramp tərəfindən dəvət olunmasından danışarkən deyib.
Jurnalist bildirib ki, Ərdoğan-Tramp əlaqələri həm ABŞ-da, həm də Vaşinqtonda narahatlıq doğurur. Çünki bu münasibətlər bölgədə və dünyada əhəmiyyətli nəticələrə gətirib çıxarır: "Trampı yox etməyə çalışırlar. Ərdoğanla yaxın münasibətlərinə isə dözə bilmirlər. Bütün qısqaclara rəğmən, Tramp da geri addım atmır. Ona qurduqları tələlər pozulur. Hazırda ABŞ-dakı oturuşmuş nizam Trampa müharibə elan edib. O, ikinci dəfə prezident seçiləcək deyə qılıncları qınından çıxarıblar".
Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası 1915-ci ildə Osmanlıda baş verən hadisələri erməni soyqırımı kimi tanıyan qətnamə qəbul edib. "Barış Pınarı" hərəkatına görə isə Türkiyəyə sanksiya tətbiq etmək üçün layihə hazırlayıb.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək