Trampla Netanyahu arasında FİKİR AYRILIĞI - Biri Azərbaycan deyir, o biri Türkiyə
ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunda mümkün sülhməramlı müşahidə missiyası çərçivəsində Türkiyə hərbçilərinin yerləşdirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
KONKRET.az xəbər verir ki o, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilən görüş zamanı səsləndirib.
Tramp çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı olduğunu xüsusi vurğulayıb. ABŞ liderinin sözlərinə görə, bu məsələ müzakirə olunacaq və uyğun hesab edilərsə, Ankara ilə əməkdaşlıq mümkündür:
"Biz bunu müzakirə edəcəyik və əgər bu yaxşıdırsa, deməli yaxşıdır. Türkiyə möhtəşəm olub və mənim bildiyimə görə, o (Ərdoğan) da əla liderdir. Mənim üçün o, hər zaman çox yaxşı lider olub", – deyə Tramp Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi ehtimalını şərh edərkən bildirib.
Lakin İsrail tərəfi bu məsələdə tam fərqli mövqe nümayiş etdirir. Yəhudi dövləti Türkiyənin Qəzzada beynəlxalq stabilləşdirici qüvvələrin tərkibində iştirakına qəti şəkildə qarşı çıxır. İsrail rəsmiləri vasitəçilərə və müttəfiqlərinə açıq şəkildə bildiriblər ki, Türkiyə hərbi qüvvələrinin Qəzza sektoruna daxil olması "qırmızı xətt" hesab olunur və bu xəttin keçilməsinə heç bir halda razılıq verilməyəcək.
İsrail mediasının yazdığına görə, Təl-Əviv Ankaranın Qəzzada hərbi və ya təhlükəsizlik baxımından mövcudluq əldə edə biləcəyi bütün ssenariləri bloklamaq niyyətindədir. Bu məqsədlə İsrail alternativ variantlar üzərində işləyir və müsəlman ölkələrinin "üçüncü dairə" adlandırılan qrupundan olan dövlətləri, o cümlədən Azərbaycanı, Türkiyə əvəzinə mümkün çoxmillətli formatda iştirak etməyə dəvət edib.
Beləliklə, Qəzza ilə bağlı mümkün sülhməramlı mexanizmlər ətrafında ABŞ, İsrail və region ölkələri arasında ciddi mövqe fərqlərinin olduğu aydın görünür.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib