"Trendyol" və "Temu"dan alış-veriş edənlərə XƏBƏRDARLIQ
"Trendyol" və "Temu" üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır.
Vətəndaşlar ya məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından, ya da qeyd olunan məlumatlar əsasında çatırdırılmamasından şikayətlənirlər.
Onlayn ticarətdə bu kimi halların baş verməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifarişlər zamanı keyfiyyətsiz məhsulların artımındakı səbəb tələbin təklifi üstələməsidir:
"Vətəndaşların bu səpkili şikayətləri çoxalıb. Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur. Şikayətlər əsasən reklamda olan mal ilə göndərilənin fərqli olması, rəng və ölçü fərqlərinin müşahidə edilməsidir. Bunun əsas səbəbi isə son zamanlar onlayn ticarətə kütləvi axının baş verməsidir, belə olduqda tələb təklifi üstələyir".
Ekspert düşünür ki, belə neqativ hallar əhalini onlayn ticarətdən soyuda bilər. Bu isə vətəndaşların klassik alış-veriş formalarına geridönüşünə səbəb ola bilər:
"Təəssüflər olsun ki, dövlət orqanlarına edilən şikayətlər də nəticəsiz qalır. Müvafiq orqanlar istehlakçıların hüquqlarını qorumaqda çətinlik çəkirlər. Çünki bu, məsafədən satışdır. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar adətən metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman mala diqqətlə baxsınlar, iradları olduqları zaman malı dərhal geri qaytarsınlar".
Aygün Mirakif,
KONKRET.az

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi
Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?
Köçəryanın maskasını yırtan tarixi ifşa - Tanınmış jurnalistdən maraqlı yazı