TRİPP layihəsi gündəmdə - "ABŞ olmasaydı…

TRİPP layihəsi gündəmdə - Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün yaradılacaq şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sənədi imzalamaq səlahiyyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında sazişin mətninin razılaşdırıldığını və sənədin bir həftə ərzində imzalanacağını bildirib.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, qapalı səhmdar cəmiyyəti kimi yaradılacaq şirkətdə ABŞ-nin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. ABŞ-nin payını ölkənin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) məxsus törəmə şirkət idarə edəcək. Beş nəfərlik direktorlar şurasının üç üzvünü ABŞ, iki üzvünü Ermənistan təyin edəcək.
Sazişdə 16 qrup məsələ üzrə hər iki tərəfin razılığı tələb olunur. İnvestorların seçilməsi, üçüncü tərəflərin layihəyə qoşulması, konsessiya müqavilələrinin şərtləri və şirkətin əsas maliyyə qərarları bu məsələlər sırasındadır. Konsessiya hüququnu vermək səlahiyyəti Ermənistan hökumətində qalacaq.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Ermənistan ərazisindən keçəcək TRIPP dəhlizinin inşası üçün ABŞ və Ermənistan arasında yaradılan yeni səhmdar cəmiyyətində pay bölgüsünün 74-26 faiz olması layihənin maliyyələşdirilməsi və təhlükəsizliyi ilə bağlıdır:
"Belə ki, yolun tikintisi üçün tələb olunan investisiyaların ayrılması və marşrutun təhlükəsizliyinə zəmanət verilməsi ABŞ-ın üzərinə düşür. Ermənistan isə öz ərazisində belə bir inşaatın aparılmasına icazə verən tərəf kimi çıxış edir. Əslində, ABŞ-ın maliyyə dəstəyi olmasaydı, Ermənistanın bu layihəni təkbaşına həyata keçirmək imkanı məhdud olardı. Çünki söhbət yalnız yol tikintisindən deyil, bir neçə nəqliyyat və rabitə qovşağının, enerji və kommunikasiya xətlərinin yaradılmasından gedir. Ermənistanın dövlət büdcəsi isə bu miqyasda infrastrukturun qurulmasını maliyyələşdirmək imkanına malik deyil. Bu baxımdan, tərəflər arasında pay bölgüsündəki fərq layihənin maliyyələşdirilməsi və təhlükəsizlik risklərinin qarşılanması ilə əlaqədardır".
Politoloqun fikrincə, əsas məqam isə müqavilənin artıq hər iki tərəfdən ratifikasiya olunması, yeni yaradılan şirkətə ABŞ tərəfindən ilkin maliyyə vəsaitinin ayrılması və noyabrın 23-də tikinti işlərinə start verilməsidir:
"Tərəflər arasında pay bölgüsünün və idarəetmə strukturunun hansı formada müəyyənləşdirilməsi bundan sonra o qədər də ciddi müzakirə predmeti olmamalıdır. Əsas məsələ ABŞ və Ermənistanın layihənin həyata keçirilməsi ilə bağlı razılığa gəlməsi və tikinti işlərinin başlamasıdır. Orada görülən işlər həm Azərbaycanı, həm Türkiyəni, həm də bütövlükdə Orta Dəhliz vasitəsilə hərəkət etmək istəyən digər dövlətləri qane edir. Digər regional və qlobal güclərin bu tikinti prosesinə qısqanclıqla yanaşması isə başadüşüləndir. Çünki dünyanın müxtəlif regionlarından keçən strateji marşrutlarla bağlı digər ölkələrin də rəqabətçi mövqe sərgilədiyinin şahidi oluruq".
Aynur Babazadə

Siyasi       Tarix: 27 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Türkiyə Hərbi Hava Qüvvələrin

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək. -un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, həmin şahidlər Ramiz Mehdiye

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Başsağlığıda deyilir: "Eskişehi

Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?

Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılsa da, danışıqların konkret tarixi hələ müəyyənləşməyib. Əvvəlki görüşdə hərbi əsirlərin mübadiləsi ilə bağlı əld

Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb

Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon təşkil edib. İki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. xəbər verir ki, b

Nazir Ermənistana daşınan yüklərdən danışdı

Azərbaycan-Gürcüstan nəqliyyat əlaqələrində yeni imkanlar yaranıb. Ermənistan istiqamətində yük tranzitinin təmin olunması və neft məhsullarının bu ölkəyə Gürcüstan üzərindən çatdırılması regional əməkdaşlıq baxımından mühü

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqınd

Tramp Paşinyanı Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı gələn il Vaşinqtona səfəri zamanı Ağ Evdə qəbul etmək istəyir. . KONKRET. -a istinadən xəbər verir ki, Tramp Paşinyanı ABŞ-da Milli Dua Səhər Yeməyinə dəvə

ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?

ABŞ-ın elan etmədiyi bir müharibənin idarəetmə mexanizmləri üzə çıxır. Üstəlik, bu dəfə söhbət hansısa anonim mənbənin yaydığı məlumatlardan deyil, Amerika hökumətinin rəsmi şəkildə ictimaiyyətə təqdim etdiyi sənədlərdə


son xeberler azerbaycan xeberleri yeni xeberler enson xeberler sonxeber az xeber.az 2026 sou xeberler