Tünzalə qadın kimi çox xoşbəxt olub' - Ülviyyə Əliyeva ilə MÜSAHİBƏ
"Tünzalə qadın kimi çox xəşbəxt olub, həyat yoldaşı tərəfindən çox sevilib, çox gözəl də ailəsi var idi. Təəssüf ki, ömrü çox qısa oldu".
Bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın ən yaxın rəfiqəsi, aktrisa Ülviyyə Əliyeva azxeber.com-a açıqlamasında bildirib.
- Salam Ülviyyə xanım. Bu gün Tünzalə Əliyevanın vəfatından iki il ötür. Dost itkisi çətin olur deyirlər...
Başqaları üçün Tünzalənin ölümündən iki il ötsə də, mənim üçün sanki zaman donub, elə bil dünən olub. Tünzaləsiz bu iki il mənim üçün çox çətin keçdi. Onu itirmək mənim üçün çox ağır oldu. O mənim sirrdaşım idi. Ən çətin zamanlarımda onunla məsləhətləşirdim. Yeri həddindən artıq görünür. Ən çox da Zəhranı görəndə.
- Zəhranın anasına olan bənzərliyi diqqətdən qaçmır. Onu görəndə hansı hissləri keçirdirsiniz?
Hər dəfə onu görəndə sanki Tünzaləni görürəm. Təki qisməti anasına oxşamasın. Əslində Tünzalə qadın kimi çox xəşbət olub, həyat yoldaşı tərəfindən çox sevilib, çox gözəl ailəsi var idi. Təəssüf ki, ömrü çox qısa oldu. İnşllah ki, balası gözəl bəxtli, uzunömürlü olsun. Nə zaman Zəhraya baxıram, düşünürəm ki, Tünzalə yaşayır. Həm zahirən, həm istedadda, ağılda, müdrüklükdə anasına çox oxşayır. Atası Röyal ona çox gözəl baxır, onu çox gözəl böyüdür".
- Hər bir ana kimi yəqin ki, Tünzalə xanımın da qızı ilə bağlı arzuları var idi...
Əlbəttə. Zəhra ilə bağlı tək diləyi var idi. O, Allahdan hər zaman möhlət istəyirdi ki, qızını sağlam böyütsün, ayağa qaldırsın, xoş günlərini görsün. Təəssüf ki, bunların heç biri ona qismət olmadı. Amma əminəm ki, Tünzalənin ruhu hər zaman qızının, ailəsinin yanındadır. Bunu onlar özləri də deyirlər. Həmişə həyat yoldaşı Röyal deyir ki, onun ruhunu evdə hiss edirəm. Bizim üçün Tünzaləsiz necə çətindirsə, ailəsi və balası üçün bu yüz qat daha çətindir. Allah bizim hamımıza səbr versin. Təşəkkür edirəm ki, bu gün onu unutmadınız".
Aysel Hacızadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək