Tural Gəncəliyev: "AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır
Tural Gəncəliyev: "AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır"
"Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament "seçkilər"ini əksər beynəlxalq təşkilatlar pislədiyi halda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu məsələyə münasibət bildirməməsi sözügedən qurumun iç üzünü bir daha dünyaya göstərdi".
Bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağda təşkil olunan "seçki" şousu ən kəskin formada, ədaləti və insan hüquqlarının qorunmasını özünün ali dəyərləri sayan AŞPA tərəfindən kəskin tənqid olunmalı idi.
O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu tutub:
"Belə olan halda bu qurum hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan danışa bilər?"
T.Gəncəliyev bildirib ki, AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır:
"Əgər belə deyilsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır? Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində neçə illərdir ki, bir addım belə atmır. Hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir