TuranBank 2025-ci ilin I yarısının nəticələrini elan edib

TuranBank 2025-ci ilin I yarısının nəticələrini elan edibÖlkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
2025-ci ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 11, 5% artaraq 948 mln. manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.7% və ya 44 mln. manat artaraq 696 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370 mln. manat təşkil edib. Bankın depozit portfeli 5.4 mln. artaraq 467 mln. manat, fiziki şəxslərin depozitləri isə 10 mln. manat artaraq 377 mln. manat təşkil etmişdir ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.
O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 57% və ya 5.2 mln. manat artaraq 14.4 mln. manata, faiz gəlirləri 11% və ya 4.7 mln. manat artaraq 48.6 mln. manata, qeyri-faiz gəlirləri isə 12.4% və ya 3.4 mln. artaraq 11.5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I yarısını 2,2 mln manat xalis mənfəətlə başa vurub.
2025-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank və nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu arasında ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə yerli valyutada yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu tərəfindən Banka 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayrılıb.
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən TuranBank ənənəyə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyinin "Könüllü DOST" proqramı çərçivəsində autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır... / azxeber.com

İqtisadiyyat       Tarix: 16 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan