TuranBank' ağacəkmə aksiyasında iştirak edib
Ölkənin aparıcı banklarından biri "TuranBank" ASC Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub.
Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) ictimai Birliyinin birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən çox iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Bu aksiya ETSN, ABA, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"u çərçivəsində baş tutub. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlər görülməsindən ibarətdir.
"TuranBank" ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək, ETSN ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
"TuranBank"
Bizimlə etibarlıdır …





/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır