TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edibAzərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
azxeber.com xəbər verir ki, bank İsveçrənin aparıcı investisiya meneceri "BlueOrchard Finance" tərəfindən idarə olunan nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişi imzalayıb.
Sazişə əsasən, BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu TuranBank-a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərək iqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.
BlueOrchard Mikromaliyyələşdirmə Fondunun Baş Kredit İnzibatçısı Normunds Mizis bildirib: "TuranBank Kiçik və Orta Biznesin  maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridir və Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən və Azərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluq duyuruq".
"TuranBank olaraq iqtisadiyyatın real sektorunun dəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsi bizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir. Bu saziş, Bankın beynəlxalq maliyyə institutları ilə etibarlı tərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təmin olunmasının göstəricisidir. BlueOrchard kimi nüfuzlu investisiya institutu  ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankın beynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir" - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

İqtisadiyyat       Tarix: 08 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan