TuranBank ICD ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

TuranBank ICD ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıbAzərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. 
Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur.
Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.
Məlumat üçün qeyd edək ki, TuranBank ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar tərəfdaşlığın göstəricisidir.  
TuranBank haqqında
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az 
ICD haqqında
           
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir: 
Moody"s - A2, S&P - A-, Fitch - A+.Əlaqə üçün:Nabil El-Alami, Kommunikasiya və Korporativ Marketinq Departamentinin rəhbəriE-poçt: [email protected]: www.icd-ps.org
TuranBank
Bizimlə etibarlıdır... / azxeber.com

İqtisadiyyat       Tarix: 13 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun