"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib - 4 milyon dollar
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.
Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.
"Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımıza inamının növbəti mühüm göstəricisidir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edir və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusilə də kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir"- deyə TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev sazişin bağlanmasına öz münasibətini bildirib.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
Məlumat üçün bildiririk ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmaqdadır və bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.
"TuranBank"
Bizimlə etibarlıdır... / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam