Turizm şəhərinin inkişafında sahibkarlığın rolu - FOTOLAR
"Beynəlxalq Turizm Mərkəzi Naftalanın inkişafında sahibkarlığın rolu" mövzusunda şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
azxeber.com xəbər veir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan ŞİH yanında ictimai Şuranın sədri Möhübbət Bədəlov, Naftalanda fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri və digər məsul əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində geniş islahatların aparıldığını vurğulayıb.
Həmçinin bildirib ki, ölkə başçısının şəhərimizin dünya əhəmiyyətli kurort şəhərlərindən birinə çevrilməsi istiqamətində imzaladığı müvafiq Fərman və Sərəncamlar Naftalan kurort şəhərini beynəlxalq turizm mərkəzinə çevirib.
Sahibkarlıq subyektlərində sənayedə olan mövcüd vəziyyət, peşə-kadr hazırlığı, turistlərə göstərilən xidmətlərin daha da yüksək səviyyədə aparılması və yaxşılaşdırılması istiqamətində detallı müzakirələr aparılıb, sahibkarların müraciətləri və təklifləri dinlənilib.
İş adamları ölkəmizdə biznes fəaliyyəti üçün də yaradılan münbit şəraitlə bağlı dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Şəhərin turizminin təbliği ilə bağlı hazırlanmış çap məhsulları tədbir iştirakçılarına təqdim edilib.
Tədbir Naftalan ŞİH-nin təşkilatçılığı ilə "Nafta" Müalicə Mərkəzində keçirilib.










Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır