Turizm üçün yeni destinasiya: "Xınalıq və Köç yolu" necə hazırlanır? - FOTO

Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: "Xınalıq və Köç yolu" necə hazırlanır? - FOTO
Sentyabrın 25-26-da Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının iştirakı ilə "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.
Oxu.Az-ın məlumatına görə, mediaturun məqsədi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin ümumdünya irsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.
Mediatur zamanı yeni yaradılmış "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda görüləcək işlər, kəndin ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat da açıqlanıb.
Tədbir çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi də vurğulanıb. Qoruq ərazisində mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni və təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluğun inkişaf etməsinə səbəb olacaq.
Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.
Bildirilib ki, "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək.
Mediatur çərçivəsində, həmçinin, qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat verilib.
Eləcə də Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.
Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı" UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul olunub. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.
Yeni qoruq ərazisi Xınalıq kəndini və altı rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.
Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: Turizm üçün yeni destinasiya: İlhamə Əbülfət

Turizm       Tarix: 26 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az son xəbərlər bugün 2026 son xeber.az son xeber