Türk dövlətləri Mülki Müdafiə Mexanizmi YARADIR
"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq".
KONKRET.az xəbər verir ki, bu barədə TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, bu Mexanizm TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcək.
Qeyd edək ki, bu gün keçirilən Zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə də Mülki Müdafiə Mexanimzinin yaradılması barədə müddəa mövcuddur. Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib.

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir