Türk mediası İbadoğludan yazdı: saxta pul, silah
Ötən gün DİN-in keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqəli 5 nəfər həbs olunub ki, onlardan da biri tanınmış iqtisadçı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.
KONKRET.az xəbər verir ki, rəsmi açıqlamada əməliyyatın Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında aparıldığı vurğulanıb.
Türkiyə mediasında isə olayla bağlı bir qədər fərqli məlumat əksini tapıb. "İhlas" xəbər agentliyi yazıb:
"Onların FETÖ-nün təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasına şərait yaratdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim və yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib".
Qeyd edək ki, DİN-in məlumatında bu detallar yoxdur.//Axar
Kurslar.az kurslar [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi