Türk ordusu HƏRƏKƏTƏ KEÇİR: 10 min əsgər və ən müasir texnikalar göndərildi
Türkiyə Silahlı Qüvvələri 27 fevralda başlanan və 1 həftə davam edən "Bahar qalxanı" hərəkatından sonra Bəşər Əsəd rejiminə sadiq qüvvələrin İdlib şəhərinə hücumlarının qarşısını almaq üçün hazırlıqlara davam edir.
Publika.az xəbər verir ki, rəsmi açıqlamalar və açıq kəşfiyyat mənbələrinin məlumatına görə, TSQ "Atılqan", "Qorqud", "HAWK-21", "HİSAR-O" hava hücumundan müdafiə və radiolokasiya sistemlərini şəhərə yerləşdirib.
Sistemlərin rejim üçün çaşdırıcı olacağını bildirən hərbi mütəxəssislər Türkiyənin atəşkəs müddətində sabitliyin hər an pozulacaqmış kimi davrandığını və hazırlıqlarını bu istiqamətdə apardığını deyib: "İdlibə göndərilən 4 min hərbi avtomobil, 10 min əsgər və hərbi təchizatlar bunun bariz nümunəsidir".
Qeyd edək ki, "Bahar qalxanı" Bəşər Əsəd qüvvələrinin türk əsgərlərinə hücumu və nəticədə 33 "mehmetçik"in şəhid olmasından sonra başladılmışdı. 1 həftə sonra atəşkəs elan olunsa da, Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatları döyüşsüz davam etdirir. Milli Müdafiə Nazirliyi əməliyyatın başa çatması ilə bağlı hər hansı bəyanat verməyib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi