Türk ordusu inanılmazı bacardı: Əsədin itkiləri açıqlandı - RƏSMİ
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində gerçəkləşdirdiyi "Bahar qalxanı" əməliyyatı planlaşdırıldığı şəkildə davam edir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, bu günə qədər rejimə aid 2 döyüş təyyarəsi, 2 Silahlı Uçuş Aparatı, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 86 top/ÇNRA, 16 tank əleyhinə top, 77 zirehli piyada döyüş maşını, 12 tank əleyhinə raket, 4 səhra topu, 44 raket atıcısı, 73, hərbi avtomobil, 24 zirehli avtomobil, 9 silah anbarı, 2 idarəetmə mərkəzi, 29 ədəd təyyarə əleyhinə raket quraşdırılmış yük maşını, 2 min 557 rejim əsgəri məhv edilib.
Bununla yanaşı, Suriya müxalifləri 3 kəndi rejim qüvvələrindən azad edib, strateji Cəbəl Zaviyə bölgəsində nəzarəti ələ keçirib.
H.Akar bildirib ki, Türkiyənin Rusiyadan yeganə tələbi öhdəliklərini yerinə yetirməsidir: "Rusiya rejimin hücumlarını dayandırması, Soçi memorandumu çərçivəsində müəyyən edilmiş sərhədlərə geri çəkilməsi üçün təsir imkanlarından istifadə edə bilər. Rusiya ilə müzakirələr davam edir. Dəfələrlə ifadə etdiyimiz kimi, Rusiya ordusu ilə qarşı-qarşıya gəlmək kimi düşüncəmiz yoxdur. Bizim tək istəyimiz Suriyada qətliama son verilməsi, radikallaşma və kütləvi məcburi miqrasiyanın qarşısının alınmasıdır. Bildiyiniz ki, 27 fevraldakı mənfur hücumlardan sonra "Bahar qalxanı" hərəkatı başlayıb".
Qeyd edək ki, İdlibin cənubu, Həma ətrafı və Hələbin qərbində şiddətli döyüşlər davam edir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi