Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTO

Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOTürk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTO
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 19-dək qardaş ölkənin Muş, Bingöl, Tunceli, Elazığ və İstanbul şəhərlərində səfərdə olduq. "Go Türkiye" proqramı çərçivəsində Türkiyənin tarix və mədəniyyət abidələrini tanıtmaq, ölkənin turizm potensialını media vasitəsilə dünyaya çatdırmaq üçün ilk olaraq Muş şəhərinə baş çəkdik.
Ölkənin Şərqi Anadolu bölgəsində yerləşən, altı rayonu birləşdirən və təxminən 413 min əhalinin məskəninə çevrilən bu şəhər zəngin tarixə malikdir. Hətta Muşun türklərin səlcuqilər dövründə Anadoluda ilk ayaq basdıqları ərazilərdən biri olduğu deyilir. 
Ulu Cami şəhərdə baş çəkdiyimiz ilk məkandır. Rəvayətə görə, türklər tarixən fəth etdikləri bütün şəhərlərdə məscidlər inşa etdirib və o məscidlərdən ən böyüyünü Ulu Cami adlandırıblar. Əgər məscid inşa etməsələr, onda bölgədəki ən böyük tikilini məscidə çevirərmişlər. Ona görə də bu gün Türkiyənin müxtəlif şəhərlərində eyniadlı məscidlərə rast gələ bilərik. Türklərin bunu etməkdə məqsədləri isə rəqiblərinə ərazidə qalıcı olduqlarının mesajını ötürməkmiş.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOMuşda yerləşən bu məscidin hələ səlcuqilərdən əvvəl, 979-cu ildə Şeyx Məhəmməd-i Məğribi tərəfindən inşa etdirildiyi deyilir. Hətta sözügedən şəxs vəfatından sonra bu yerdə dəfn edilib, bu gün də onun məzarı qalır. Əraziyə səlcuqilərin gəlişi isə 1071-ci ildə Alp Arslanın Malazgirt savaşında qələbə çalması və Malazgirt rayonunu fəth etməsi ilə mümkün olur. Məhz bu zəfərlə türklərin Anadoluya qapıları sonadək açılır. Bundan əvvəl isə onlar Van, Qars kimi şəhərləri fəth ediblər. Memarlıq araşdırmaları zamanı köhnə tikilinin üzərində XIV əsrdə Osmanlı dövründə yeni bir tikilinin inşa edildiyi müəyyənləşib. 
On ildir Ulu Caminin imamı olan Mehmet Selim Güler Oxu.Az-ın əməkdaşına bildirib ki, məscid cümhuriyyət dönəmində bir müddət həbsxana kimi istifadə edilib. Lakin sonradan fəaliyyəti bərpa edilib. Minarəsi zəlzələdən zədə aldığı üçün 1968 və 1972-ci illərdə orijinallığı qorunmaqla təmir edilib. 2015-ci ildə yenidən restavrasiya olunub. Bu ibadət məkanını ziyarət edərkən insan təkcə türklərin inanclarının gücünə yox, həm də memarlıqdakı incəliyə, istifadə olunan rənglərin ahəngdarlığına heyrət edir.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTONə az, nə çox - 1000 ildir ki, türklər Allahın evində ona əl açıb dualar edirlər. Buranın kilimindən tutmuş çilçırağınadək hər şey tarix qoxuyur. Biz məscidə gec saatlarda baş çəksək də, buradakı insanların əllərini açaraq Tanrı ilə söhbətləşmələrinin şahidi olduq. Yəqin, ya hansısa dərdlərinə çarə qılınmasını istəyirdilər, ya əvəzsiz sevgilərini çatdırırdılar, ya da lütf etdikləri üçün Tanrıya təşəkkür edirdilər. Düzü, təxmin etmək asan olduğu qədər, həm də çətindir, axı hər kəsin inandığı ilə arasındakı söhbət fərqli olur. Burada 5-10 yaş arası uşaqların imamdan dərs almalarına, Allah ilə əlaqə qurmaq, öz doğrularını və ya yollarını tapmaq üçün kitablarına sarılmaqlarına da şahidlik etdik.
Təkcə Ulu Camidə yox, həm də şəhər mərkəzində yerləşən digər iki tarixi məsciddə onlarla inanclı insanla rastlaşdıq. Sözügedən məscidlər XVII əsr memarlığına aid Hacı Şərəf məscidi və XVIII əsrdə inşa edilən Alaaddin məscididir.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOƏvvəldə də qeyd etdiyim kimi, Muş şəhərinin altı rayonu var. Onlar arasında ən çox tanınan, tarixi abidələrlə zəngin olanı isə Malazgirtdir. Malazgirt bir növ bu torpaqların türk yurduna çevrilməsinin simvoludur. Rayon kiçik bir ərazini əhatə etsə də, gəzməklə bitmir. Ona görə də bir günümüzü məhz buradakı gözəllikləri seyrə həsr etdik. Rayonun adını daşıyan qala, körpü və muzeyin təsvirinə keçmədən əvvəl maraqlı bir məqama diqqət çəkmək istərdim. 
Söhbət ilk dəfə sığorta sisteminin necə yaranmasından gedir. Bələdçimizin verdiyi məlumata görə, dünyada sığorta sistemini birinci türklər yaradıblar. Belə ki, 1071-ci ildə səlcuqilər Malazgirt savaşında Bizans İmperiyası üzərində qələbə çaldıqdan sonra əsas hədəflərdən biri Anadoluda ticarəti inkişaf etdirmək olur. Bu isə müəyyən vaxt tələb edən bir iş idi. Ona görə də aradan xeyli vaxt keçdikdən sonra türklər iki mühüm liman şəhərini - şimalda Sinopu, cənubda isə Alanyanı fəth edirlər. Beləliklə, onlar Anadoluda böyük karvansaralar quraraq ticarəti daha da zənginləşdirirlər. Üstəlik, xaricdən buraya gələn tacirlərə üç gün ödənişsiz qalmaq icazəsi verilir və öhdəlik götürülür ki, həmin müddət ərzində tacirlərin malları itsə və ya oğurlansa, ümumiyyətlə, hansısa ziyan görsə, türklər məhsulun əvəzini ödəyəcəklər. Bu üsul isə əraziyə daha çox tacirin gəlməsinə, ticarətin günbəgün inkişaf etməsinə yol açır. Nəticədə sığorta sistemi yaranır.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOİndi isə Malazgirtdə yaşayan, gözlərimizlə gördüyümüz heyrətamiz tarixə keçid edək. Buradakı ən qədim abidə Malazgirt qalasıdır. Malazgirt Turizm və Mədəniyyət müdiri Sevil Yaman Acaroğlu bu qalanın eramızdan əvvəl doqquzuncu əsrdə Urartu kralı tərəfindən inşa etdirildiyini deyir. Hətta bura Urartu dövlətinin müdafiə məqsədilə qurduğu ilk qala imiş. Qalanın dörd qapısı var. Ətrafından Süphan dağından gələn təbii sular axır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Müharibə bölgəsində səthi tədqiqat" layihəsi çərçivəsində üç ildir ki, ərazidə araşdırmalar aparılır. Eyni zamanda qazıntı işləri də həyata keçirilir. Bu qala həm Bizans İmperiyası dövründə, həm də türklərin fəthindən sonra çoxsaylı savaşlara şahidlik edib.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOKeçmişdə yaşanan müharibələr, zəlzələlər - bir sözlə, tarixi çətinliklər səbəbilə qalanın ilkin görüntüsü tam şəkildə qoruna bilməyib, müxtəlif dövrlərdə restavrasiya olunub. Şəhərə tərəf baxan iki paralel divarı bərpa edilib. Qismən də olsa, bu gün də qalada təmir işləri davam edir. Ancaq bununla belə, onun əzəmətli görüntüsü hələ də insanı özünə valeh edir. Əsas və digər bürcləri isə tarixi orijinallığı baxımından böyük əhəmiyyət daşıyır.
Hazırda qalanın içi parka çevrilib, müxtəlif yerlərdən buraya ziyarətçilər gəlirlər. Belə heyrətamiz tarixi məkanda vaxt keçirmək təkcə bizim üçün yox, həm də Qırğızıstan və Bosniyadan gələn həmkarlar üçün də olduqca zövqlü idi. 
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOÜmumiyyətlə, Muşun zənginliyini rahatlıqla iki qismə ayıra bilərik. Birinci yerdə tarixin özü olan, ikinci yerdə isə tarixin əks etdirildiyi məkanlar dayanır. Birinci qismə daxil olanlardan biri də Muş-Varto yolunun üstündə yerləşən XIII əsrə aid olduğu deyilən Murat Irmağı körpüsüdür. Mərkəzdən 10 kilometr uzaqda yerləşən körpünün uzunluğu 143, eni isə 4,77 metrdir. 12 tağı var. Körpünün altından 722 kilometr uzunluğu olan Murat çayı axır. Körpü bir az bizim Xudafərinə bənzəyir. Ancaq xoşbəxtlikdən, onunla eyni taleyi yaşamayıb, ruhuna nisgil çökməyib.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOTürkiyənin tarixi qorumaqla yanaşı, xatırlatmağı da sevdiyini yazmışdım. Bu missiyanı icra edən məkanlardan biri 1985-1989-cu illərdə ucaldılan Malazgirt Qələbə Abidəsidir. Hündürlüyü 42 metr olan abidənin ərazisi 230 hektardır. Abidə sütunları Anadolu qapısını, sütunlar arasındakı boşluq isə Anadolu qapılarının türklərin üzünə sonadək açılmasını simvolizə edir. Ümumiyyətlə, türklər abidələr üzərində o qədər detallı işləyiblər ki, onları gördükcə turistlərin Türkiyədən niyə qopa bilmədiklərini anlamaq heç də çətin olmur. Getdiyimiz hər məkanda bələdçilərin "ultrazəki", işini sevən biri olması insanı təəccübləndirdiyi qədər sevindirir də. 
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOMuşda ən maraqlı hesab etdiyim məkan haqqında sona yaxın məlumat verməyi seçdim. Söhbət  1071-dən 2071-ə Zaman Tuneli Muzeyindən gedir. Bu muzeyin təkcə adı yox, daxili də insanda o qədər fərqli duyğuların baş qaldırmasına yol açır ki, onu tam mənasıyla təsvir etmək mümkün deyil. Mütləq görülməli olan muzeylər, kitabxanalar, ölkələr, şəhərlər həmişə olur. Türkün tarixini görərək öyrənmək istəyənlər də, yəqin ki, var. Sözügedən muzey məhz həmin kateqoriyada yer alır. Malazgirtdə yerləşən bu muzeydən içəri addımını atdığın an özünü səlcuqilər dövründəki Malazgirt, Dəndənəkan savaşlarının tam ortasında hiss edirsən. Şokolad xəmirindən hazırlanan Alp Arslanın Malazgirt müharibəsi miniatürünü gördükdə isə "Bəlkə, zamanında rəssam, heykəltaraş və ya memar olaydım" deyirsən, bunları yaradanlar sənin kimi adi insanlar ola bilməz axı. Onlar mütləq daha istedadlıdır. Sən baxıb görəcəyin şeyləri onlar təsəvvür edib yaradırlar deyə düşünürsən.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOMuzeyin arxeoloqu Kuzey Efedoğan deyir ki, belə bir məkanı yaratmaqda məqsəd tarixi yaşatmaq, həm də əcnəbilərə tanıtmaqdır. 1071-ci ildən iki addım irəlidə Osmanlı dövrü ilə tanış olursan. Sultan Mehmetin fateh olmaq, İstanbulu fəth etmək üçün gəmilərini qurudan şalbanlarla Haliçə keçirdiyini görürsən.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOOnların sağında Osmanlı hökmdarlarının fotoları, bir az irəlidə isə tarixdə mövcud olan 17 türk dövlətinin bayrağı ilə rastlaşırsan. Muzeydə yalnız üst hissələrin dekorlarına deyil, həm də döşəmələrə həssaslıqla diqqət edilib. Belə ki, cümhuriyyət dönəminə keçdikdə küçələrin bəzədildiyi daşların bu muzeyə də yerləşdirildiyinin şahidi olursan.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOÖzünü Taksim meydanında hiss edirsən, solunda tarixi tramvay, sağında xırda ticarətlə məşğul olan insanların təsviri səni reallıqlardan heç də uzağa aparmır. Burada türklərin qədim məşğuliyyətləri olan, bu gün də kəndlərdə davam edən əkinçilik və heyvandarlığın da təsviri verilib.
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOMustafa Kamal Atatürkün 23 apreli Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı elan etməsinin təsvirinə isə ayrıca bir guşə ayrılıb. 
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOMuzeyi inşa edənlər, sadəcə, zəfərlərin yox, türklər üçün çətin dövrlərin unudulmamasına da səy göstəriblər. Belə ki, 2016-cı ilin 15 iyununda hərbi çevrilişə cəhdin qarşısının alınması da məkanda əks etdirilib. Sonlara yaxın isə Türkiyənin bu günü və 2071-ci ildə alacağı görüntü, kosmosa gedən, başqa planetdə yaşayan insanların təsvirinə yer verilib. 
Ardı var...
Türk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOTürk tarixinin şahidi Malazgirt: Atalarımızdan miras qalan mədəniyyət - REPORTAJ + FOTOSayad Həsənli

Turizm     Baxılıb: 215   Tarix: 21 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi az xeber maşın realiti şou sou biznes