Türkiyə-Azərbaycan qardaşlığı: Uğurdan-uğura gedən yol

Türkiyə-Azərbaycan qardaşlığı: Uğurdan-uğura gedən yolTarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi "Azərbaycan yalnız deyil!" bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.
Bu ilin 21 iyul tarixində "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Möhtəşəm tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm parlaq və çoxmesajlı olub, həm də tədbirin səviyyəsinin yüksəkliyinə dəlalət edib. Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. "Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı", - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan rəhbərliyinin mediaforum üçün Şuşanı seçməsi həm siyasi baxımdan əhəmiyyətlidir, həm də bu, simvolik məna daşıyır. Çünki Prezidentin də dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, qələbəmizin, sülhün rəmzidir. "Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir", - İlham Əliyev çıxışında belə deyib.
Dövlət başçısı Azərbaycan və Türkiyə qardaşlığının təkcə regionda deyil, dünyada məlum bir fakt olduğunu da qeyd edib. Bu, təsadüfi sözlər deyil. Məlum olduğu kimi, son üç ildə Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda pis-yaxşı neytrallığını qorumağa çalışan Rusiya son dövrlərdə öz mənafeyindən irəli gələn məsələlərə daha çox önəm verir və çalışır ki, bu dəfə də Azərbaycanın maraqlarının ziddinə olaraq bölgədə ilişib qalmaq üçün tərəzinin gözünü ermənilərə tərəf əysin.
Tarixi Zəfərimizdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər zaman 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, 44 gündə 30 ilin işğalına son qoyulmasından böyük qürurla bəhs edirik. Azərbaycanın vətənpərvər, torpağını, Vətənini canından artıq sevən gəncləri torpaqlarımızı mənfur düşməndən təmizlədi, tarixi ədaləti bərpa etdi. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də dünyanın hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. Azərbaycan hərb tarixində də ilkə imza atdı. Müasir texnologiyaları özündə əks etdirən müharibə taktikası, son iki ildən artıq dövrdə təkmil dirçəliş modeli bir daha imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın türk dünyasının mədəniyyət paytaxtı Şuşaya səfərlərinin say tərkibi genişdir. Cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini də məhz Şuşadan etdi. "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam" söyləyən dövlət başçısı bildirdi ki,  Şuşa Zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda  bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır: "Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". 
Naftalan şəhər sakini Möhübbət Bədəlov / azxeber.com

Siyasi       Tarix: 25 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən son görüntülər son xabar son xeberler azerbaycan