Türkiyə Cənubi Azərbaycanla bağlı ŞOK ADDIM ATA BİLƏR: soydaşlarımız... - SENSASİYA

Türkiyə Cənubi Azərbaycanla bağlı ŞOK ADDIM ATA BİLƏR: soydaşlarımız... - SENSASİYA"İran ölkənin öz sərhədləri çərçivəsi ilə yanaşı, bir çox ərəb ölkəsində etirazla üzləşir. Bəs bu durumda rejim nə edir? PKK terror təşkilatı ilə əməkaşlığa davam edir".
Publika.az xəbər verir ki, bu fikirləri "Xəbər7" portalının yazarı Taha Dağlı növbəti köşəsində qələmə alıb.
Yazar İranın hazırkı xaotik vəziyyətində rejimin çökməsi potensialından və xarici qüvvələrin İrana təsirindən yazıb.
Mətni təqdim edirik:
"Hazırda həmin şəhər PKK-nın nəzarətindədir. Terrorçular İraq-Suriya əlaqələrini 2015-ci ildən bəri Sincar vasitəsilə davam etdirir. İraq hökuməti ilə regional idarəçilər bir neçə dəfə təşəbbüs göstərsə də, PKK-nı Sincardan çıxara bilməyiblər. PKK-nı bu şəhərdə qoruyan güc isə İran dəstəkli Haşdi Şabidir. Bu qruplaşma İŞİD-ə qarşı mübarizə bəhanəsilə 2014-cü ildə İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Qasım Süleymani tərəfindən qurulub. İraqda ikinci ordu mövqeyindədir. Xüsusilə, İŞİD-i bəhanə edərək İraqdakı sünnilərə qarşı sərt davranışlar sərgiləyirlər. İran İraqda Haşdi Şabini qurub, bir əl bombası kimi Bağdadın qucağına qoyub. Haşdi Şabi İraqın daxilində İrana aid silahlı qruplaşmadır. Eyni zamanda, siyasi qolları da var. Bağdad hökuməti Haşdi Şabini hər nə qədər İraq ordusuna calamağa çalışsa da, təşkilatın İranla bağlarını əsla qopara bilmədi. Bu qruplaşma 2 ildir ki, PKK ilə birlikdə hərəkət edir. 2017-ci ilin sonlarında iki təşkilat Sincarda birgə Şura da qurublar. 2018-ci ildə İraq ordusu PKK-nı Sincardan çıxarmağa çalışanda isə Haşdi Şabi ilə qarşılaşmışdı.
2019-cu ildə Haşdi Şabi ilə PKK Sincarda ortaq gömrük məntəqələri qurdu. Terrorçular bu nəzarət məntəqələrindən gəlib keçən hər kəsdən pul alır və daha sonra aralarında bölüşdürür. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda PKK ilə İran arasındakı ittifaqda nəzərəçarpacaq dərəcədə hərəkətlilik meydana gəlib.
ABŞ-ın Yaxın Şərq üzrə mütəxəssisi Toni Badran 2012-ci ildə qələmə aldığı məqalədə İranın Türkiyəyə təzyiq göstərmək, Türkiyənin Suriyadakı fəaliyyətinin qarşısını almaq məqsədilə PKK ilə əməkdaşlıq etdiyini vurğulamışdı. PKK-nın Suriyada PYD kimi, İranda isə PJAK adlı qolu var. İran PJAK ilə mübarizəsini bir sıra razılaşmalar ilə fərqli istiqamətə yönləndirmiş, daxilindəki müxalif kürdləri PJAK vasitəsilə susdurmaq üçün hərəkətə keçmişdi. Bu gün İranın PKK və qolları ilə əməkdaşlığı davam edir. Suriyada tez-tez PYD ilə birgə hərəkət edirlər. İraqda Haşdi Şabi vasitəsilə PKK ilə birlikdədirlər və öz ölkələrində PJAK ilə razılaşmaları davam edir. Lakin İran xalqı rejimə qarşı nifrət bəsləyir. İraq xalqı da eyni fikirdədir. Livan xalqı da İran rejiminə qarşıdır. Bu 3 ölkənin timsalında Tehranda molla rejiminə qarşı etiraz var. İranın ABŞ və İsrail ilə arasında da müxtəlif sıxıntılar mövcuddur. Yəmən başda olmaqla, körfəz miqyasında Səudiyyə Ərəbistanı ilə qarşıdurma vəziyyətindədirlər. Türkiyə bu vəziyyətdə İranla müharibəyə girmir. İran embarqolarla sıxışdırılarkən Türkiyə Tehran üçün nəfəs borusu rolunu oynayır. Bütün regional məsələlərdə Türkiyə İrana qarşı aqressiv siyasətdən uzaq dayanır.
Amma İran nə edir?
"Amandır, Türkiyə Suriyada, ya da İraqda bir addım da irəliləməsin" deyib PKK ilə əməkdaşlığa üstünlük verir.
İranda rejim, eyni zamada İranın Yaxın Şərqdəki şiə sərmayələri bir gün çöksə, ölkə daxilində ciddi sarsıntılar yaşansa, İranın içindən bir türk qruplaşması çıxa bilər. Çünki Türkiyə üçün belə bir sərmayə İran torpaqlarında mövcuddur (Cənubi Azərbaycan nəzərdə tutulur - red.). Əcəba, İranın ətrafında sürü şəklində düşmən var ikən Türkiyəyə qarşı hiyləgər mövqe və siyasətlərinin bir səbəbi də bu ola bilərmi?
Zümrüd /publika.az

Dünya       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər kriminal xeber bu gunun xeberleri son xeber az