Türkiyə Əfqanıstandan qayıdır: nəticəsi necə olacaq? - Ağar DETALLARI AÇDI
"Hərbçilərimiz hazırda Əfqanıstandan Türkiyəyə qayıdır. Əfqanıstan isə artıq taliblərə təslim olub. Ancaq Türkiyə orada qalsaydı, proseslər fərqli istiqamətdə cərəyan edərdi".
Publika.az xəbər verir ki, bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Türkiyə Kabil hava limanında yerləşməklə bir çox situasiyaya nəzarəti ələ ala bilərdi:
"Birincisi, Cənubi və Cənub-Şərqi Asiya və Türk yurdu olan Xorasanda təşəbbüskarlıq göstərəcəkdi. İkincisi isə Əfqanıstanın gələcəyində və ölkənin yenidən qurulmasında iştirak etmək imkanı əldə edirdi. Üçüncüsü, Əfqanıstandan qaynaqlanan mümkün qeyri-sabitliyə anında müdaxilə imkanını qazanırdı. Dördüncüsü, qeyri-sabitlik hökm sürən ərazidən əlaqələrin, güc tətbiqinin və ya təxribat kimi qiymətləndirilə bilən hərəkətlərin tətbiq oluna biləcəyi şərtlərin və təşəbbüslərin inkişafına nəzarəti öz əlində saxlayacaqdı.
Bundan əlavə, müttəfiqləri ilə ortaq bir zəmində görüşmək və onlarla yaşadığı gərginliyi və təzyiqi azaltmaq kimi düşüncələri vardı. Türkiyə Əfqanıstan üçün bir ümid ola bilərdir. Müasir dünyanın və legitimliyin qapısını tuta bilərdi. Bu, olmadı.
"Taliban" və onlara təsir edənlər Türkiyənin Əfqanıstanda belə bir geosiyasi, siyasi, hərbi, demoqrafik, dini və iqtisadi təşəbbüs yaratmasını istəmirdilər. Bunun nəticələri olacaq. Ən yaxşısını diləyirəm", - A.Ağar qeyd edib.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək