Türkiyə Gürcüstana hərbi yardım etdi
Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni loqistik avadanlıqlarla təchiz edib.
KONKRET.azxəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Gürcüstan ordusunun loqistika imkanlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin "Hıdromek" şirkətinə məxsus 8 mini ekskavator-yükləyici traktor təqdim olunub.
Texnikanın təhvil-təslim mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə səfiri Ali Kaan Orbay iştirak ediblər. Onlar yeni avadanlıqlara baxış keçirib və imkanları ilə tanış olublar.
Loqistika avadanlıqlarının təhvil verilməsi 2019-cu ildə Gürcüstan və Türkiyə arasında imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Avadanlığın dəyəri 404 824 ABŞ dolları təşkil edir.//Report
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?